Accessibility links

Facebook sosial şəbəkəsi dünyanın 70 ölkəsinin hökumət agentliklərinin bu ilin birinci yarısı on minlərlə istifadəçi haqda məlumat tələb etdiyini bildirib.

Facebook şəbəkəsinin bu gün açıqladığı hesabatda hüquq-mühafizə orqanlarının 38 min istifadəçi haqda məlumat istədiyi və bu haqda müraciətlərin yarısının Birləşmiş Ştatlar hökuməti tərəfindən gəldiyi göstərilir.

Facebook bildirib ki, hesabatda bu il yanvarın 1-dən iyunun 30-a qədər hökumətlər tərəfindən müraciətlərlə bağlı məlumat verilib.

Facebook və Twitter sosial şəbəkələri fəallar üçün platforma yaratdığına görə müxtəlif ölkələrin hökumətlərinin hədəfinə çevrilib. Türkiyənin Baş naziri Rəcəp Tayyib Erdoğan hökumət əleyhinə geniş etirazlar zamanı sosial medianı “cəmiyyət üçün ən pis təhlükə” adlandırmışdı.

Microsoft və Google şirkətləri də hökumətlərin istifadəçilər haqda informasiyanın toplamasına dair məlumat açıqlayıb.
XS
SM
MD
LG