Accessibility links

ABŞ qanunvericiləri Facebook səhmlərinin ilkin ictimai satışı zamanı baş vermiş nöqsanları nəzərdən keçirirlər. İddialar şirkətin gəlirləri ilə bağlı məlumatın bəzi investorlardan gizlədilməsinə əsaslanır.

Senat Bank Komitəsinin nümayəndələri Facebook-un rəsmiləri, nizamlayıcıları və başqa səhmdarları ilə görüşəcəklər. Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin sözcüsü heyət üzvlərinin məsələ ilə bağlı məlumat topladıqlarını və məsələnin məhkəməyə çıxarılacağını ehtimal etdiklərini deyiblər.

Qiymətli kağızlar, birja komissiyası və Wall Street-in təhqiqat bölümü olan maliyyə sənayesini tənzimləyən şöbə də Facebookun səhmlərinin ilkin ictimai satışını nəzərdən keçirməyə çağırıb. Facebook aksiyaları satışa çıxandan bəri 38 dollardan düşərək dəyərinin 16 faizini itirib.

XS
SM
MD
LG