Accessibility links

Facebook şirkətinin banisi Mark Zakerberq uzun müddət nişanlı olduğu Prisilla Çanla evlənib. O, həyatındakı bu mühüm anı yaratdığı sosial şəbəkədə elan edib.

28 yaşlı milyarder Çanla Palo Alto şəhərində kiçik mərasimdə nikah qurub.

Mətbuatla danışan qonaqlar bildiriblər ki, onlar ilk öncə elə güman edirdilər ki, Çanın tibb məktəbini bitirməsini bayram etməyə gedirlər. Amma Palo Altoya gəldikdən sonra onlara bildirilib ki, əslində onlar Zakerberqlə Çanın toyuna gəliblər.

Mark və Prisilla Harvardda təhsil alarkən tanış olublar. Səkkiz il bundan öncə Mark Zakerberq Harvarddakı tələbə yataqxanasında Facebook-u yaratmışdı.

XS
SM
MD
LG