Accessibility links

Rusiyalı maqnat özünü əbədiləşdirmək istəyir


Rusiya maqnatı öz beynini süni bədənə köçürməklə 2045-ci ilə qədər özünü əbədiləşdirmək istəyir.

Şənbə və bazar günü Nyu Yorkda keçirilməsi nəzərdə tutulan qlobal gələcək inkişafa dair konfransda 32 yaşlı rusiyalı multi-milyoner Dmitri İtskov öz beyninin robot mütəxəssisi Deyvid Hanson tərəfindən ən müasir robot texnologiyaları əsasında hazırlanmış prototipini təqdim etməyə hazırlaşır.

İtskov “2045 Lahiyəsi”nin qurucusudur. Layihənin məqsədi insan bədəninin beyindən alınmış məlumatların yerləşdirildiyi avatar adlı qeyri-bioloji daşıyıcılarla əvəz etməkdən ibarətdir. Bu yolla insan ömrü min illərlə uzadıla bilər.

Artıq 20 mindən çox insan bu inkişafları izləmək üçün Feysbuk sosial şəbəkəsində layihəyə qoşulub.

İtskov layihədə qarşıya olduqca böyük bir məqsəd qoyulduğunu etiraf edir. Lakin o, 2050-ci ilə kimi bu məqsədə nail olunacağına inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG