Accessibility links

Facebook .şəbəkəsində istifadəçilərin orqan donoru statusu göstərilcək

  • Amerikanın səsi

İnternetdə populyar sosial şəbəkə olan Facebook istifadəçilərinə yenilik təklif edib. Facebook ABŞ və İngiltərədə istifadəçilərə rəsmi şəkildə orqan donorları kimi qeydiyyatdan keçərək, öz səhifələrində statuslarını elan etməyə imkan verir.

Sosial şəbəkə yeni xidmət növünün insan həyatının xilas edilməsinə xidmət edəcəyinə ümid bəsləyir. Səhifənin yaradıcılarından biri və baş icraçı direktoru Mark Zukerberq təşəbbüsü dünən elan edib və bildirib ki, Facebook və onun ortaqları istifadəçilərin təsdiq edilmiş veb səhifədə orqan donorluğu üçün qeyidiyyata düşmələrini asanlaşdırmaq istəyir.

Facebook istifadəçilərinin donor statusları barədə məlumatı onların səhifələrinin Səhiyyə və Sağlamlıq bölməsində tampaq mümkün olacaq. Zukerberq ümid edir ki, insanlar Facebook şəbəkəsində dostlarının donor olması barədə statuslarını gördükdə özləri də qeydiyyatdan keçmək istəyəcək.

XS
SM
MD
LG