Accessibility links

Facebook-un səhmləri ictimai satışa çıxarılır

  • Amerikanın səsi

Facebook-un səhmləri ictimai satışa çıxarılır

Facebook-un səhmləri ictimai satışa çıxarılır

Dünya şöhrətli Facebook şirkəti öz səhmlərini ilk dəfə olaraq satış üçün ictimaiyyətə açıq elan edib.

Facebook bu satışdan 5 milyard dollar qazanmağı nəzərdə tutur. Şirkət səhmin qiymətini və ya nə qədər səhmin satışa çıxarılacağını açıqlamayıb.

Facebook özəl şirkət ictimai şirkətə keçidi həyata keçirmək üçün Morgan Stanley və JP Morgan Chase kimi tanınmış investisiya şirkətlərinə müraciət edib.

Facebook ötən il 3.7 milyard dollar qazanmışdı və hazırda genişlənməyi nəzərdə tutur.

Şirkətin baş icraçı direktoru Mark Zuckerberg Facebook şirkətini səkkiz il bundan öncə Harvard Universitetində oxuyarkən yataqxana otağında təsis edib.

XS
SM
MD
LG