Accessibility links

Facebook və böyrək donoru [Video]


Çoxları Facebookdan dostları ilə təmas qurmaq üçün istifadə edir. Bununla yanaşı, son zamanlar sosial şəbəkələr başqa daha faydalı işlər üçün də yararlı olmağa başlayıb. Ağır böyrək xəstəliyi olan 2 yaşlı qızın təşviş içərisində olan valideynləri Facebook-da status yazandan sonra donor tapmağa müvəffəq olub.

Arianna ABŞ-ın şimal Minnesota ştatında yaşayır. 7 həftəlik olanda onda nadir genetik böyrək çatışmazlığı aşkar edilib. Körpənin atası Ceremi But deyir ki, o vaxtdan bəri Arianna dializlə yaşayır: "O, hər gecə dializ müalicəsindədir. Təxminən 10-12 saat çəkir. Yatağa girəndə qoşuruq və yuxudan duran kimi də çıxarırıq".

Qızın əziyyət çəkməsini görməkdən bezən Eşli But Facebookda kömək üçün müraciət edib. Təxminən 2400 kilometr cənubda – Florida ştatında Kristi Hardinq adlı bir gənc ana bu müraciəti görüb və qərara gəlib ki, uyğun gələcəyi təqdirdə öz böyrəyini Ariannaya versin.

"Təsəvvür etmək olmur ki, bir “bəli” cavabı üçün telefon zəngi gözləyirsiniz və kimsə sizin qızınızı xilas etmək qərarına gəlir” -deyə Kristi Hardinq bildirir.

Busa telefonda Hardinqin böyrəyinin uyğun gəldiyinə dair xəbəri çatdıranda Ariannanın anasının sevincinin həddi-hüdudu olmayıb.

"Ağlamaq istəyirdim. Gülmək istəyirdim. Oğlum qarşımda əyləşmişdi, gözümdən yaş gəlirdi, o dedi, “Ana, kimdir? Nə olub?” Dedim, “heç nə”. Bu sevinc göz yaşları idi. Nəhayət qızım böyrəyə qovuşacaqdı” - deyə ana bildirir.

Böyrək əməliyyatının may ayı ərzində həyata keçirilməsi planlaşdırılır.
XS
SM
MD
LG