Accessibility links

Apellyasiya Məhkəməsi facebook fəalını həbsdə saxlsayıb


Xalid Xanlarov (Foto Xalid Xanlarovun facebook səhifəsindən götürülüb)

Xalid Xanlarov (Foto Xalid Xanlarovun facebook səhifəsindən götürülüb)

Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi polisə tabe olmamaq ittihamı ilə 25 gün müddətinə həbs edilmiş facebook fəalı Xalid Xanlarovun şikayətini təmin etməyib. Bu zaman məhkəmə müdafiə tərəfin vəsatətlərindən heç birini təmin etməyib,

Vəkil Şəhla Hümbətova bildirib ki, məhbus şikayətində Binəqədi rayon Məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib. Prosesdə vəkil Xanlarovu saxlayan post-patrul polis xidmətinin əməkdaşlarının məhkəməyə çağırılması haqqında vəsatət qaldırıb.

Hümbətova həmçinin yanvarın 23-də saat 11:45-dən sonra Daxili İşlər Nazirliyinin giriş-çıxışındakı videomüşahidə kameralarının görüntülərinə baxılması haqqında vəsatət qaldırıb. Xanlarov deyib ki, yanvarın 23-də həmin saatlarda DİN-də olub. O, məhz DİN-dən çıxdıqdan sonra saxlanılıb, Binəqədi rayon polis idarəsinə, oradan isə məhkəməyə aparılıb və məhkəmə fəalı həbs edib.

Xanlarov “Qafqaz” universitetinin tələbəsidir. Həmkarlarının sözlərinə görə, əvvəllər o, facebook-da “Dittili” satirik qrupunun administratoru olub.

XS
SM
MD
LG