Accessibility links

Facebook fəalı 5 il 6 ay həbsə məhkum edilib


Əbdül Əbilov
Əbdül Əbilov

O narkotik maddənin saxlanmasında ittiham olunur. Əbilov həbsinin facebook fəallığı ilə bağlı olduğunu bildirib

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə 31 yaşlı facebook fəalı Əbdül Əbilov 5 il 6 ay azadlıqdan məhrum edilib. O Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddəsi ilə təqsirli bilinir.

Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında Daxili İçlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən guya onun cibindən içərisində 2,679 qr heroin olan sellofan paket tapılıb, kirayə yaşadığı evdə isə 4,677 qr heroin tapılıb.

Məhkəmədə gənc bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib.

Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus hesab edirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG