Accessibility links

Facebook fəalına 5 il həbs verilib


Həbs
Həbs

Elsevər Mürsəlli külli miqdarda narkotik saxlamaqda ittiham edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə keşirilən məhkəmənin hokum ilə gənc fəal Elsevər Mürsəlli 5 il azadlıqdan məhrum edilib.

Azadlıq qəzetinin məlumatına görə Xaçmaz rayon sakini 20 yaşlı Elsevər Mürsəlli ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunaraq Bakıya gətirilib. Hökumət əleyhinə sosial şəbəkələrdə paylaşdığı tənqidi statuslara görə orada bir neçə gün işgəncələrə məruz qalıb və son nəticədə ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, daşıma, satma) maddəsilə ittiham irəli sürülüb.

Qəzet yazır ki, Elsevər Mürsəlli oktyabrın 3-də həbs olunsa da, bu barədə geniş ictimaiyyət son bir neçə gündə xəbər tutub. Bunun da səbəbi fəalın yaxınlarının məsələni ictimailəşdirmək istəməməsi olub. Onlara vəd verilib ki, "səhv" düzəldiləcək, Elsevər ya azadlığa buraxılacaq, ya da ona çox yüngül cəza veriləcək.

Nəşr yazır ki, Elsevər Mürsəlli "Facebook"da və "youtube"da hakimiyyəti tənqid edib, eyni zamanda seçki kampaniyası dövründə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı təbliğat materialları yayıb, onun keçirdiyi mitinqlərdə iştirak edib.
Xatırladaq ki, Elsevər Mürsəllinin saxlanması və ittihamı ilə bağlı indiyədək rəsmi məlumat yayılmayıb.
XS
SM
MD
LG