Accessibility links

Facebookda Azərbaycandan 153 280 istifadəçi qeydiyyatdan keçib


Facebookda Azərbaycandan 153 280 istifadəçi qeydiyyatdan keçib

Facebookda Azərbaycandan 153 280 istifadəçi qeydiyyatdan keçib

Statistikaya görə, hazırda facebookda ən çox istifadəçiyə ABŞ malikdir: 117 milyon istifadəçi. 2-ci yerdə Böyük Britaniya, 3-cü yerdə isə İndoneziya gəlir. 20 milyon istifadəçi ilə Türkiyə Facebookda ən çox üzvü olan 4-cü ölkədir.

Facebook və Twitter kimi sosial mediadan istifadə bütün dünya üzrə gündən günə artmaqda davam edir. Sosial mediaya tələb xüsusilə repressiv və avtoritar hakimiyyət olan ölkələrdə daha çoxdur. İran, Çin kimi ölkələrdə sadə azadlıqları tapdanan insanlar artan surətdə facebook və twitterdən köməkçi vasitə kimi istifadə edir.

Buna baxmayaraq facebook şəbəkəsinin statistikasını izləyən facebaker.com saytının məlumatına görə, qeyri-demorkatik ölkələrdə tətbiq olunan məhdudiyyətlər həmin ölkələrdən istifadəçilərin facebookda istifadəsinə əngəllər törədib.

Statistikaya görə, hazırda facebookda ən çox istifadəçiyə ABŞ malikdir: 117 milyon istifadəçi. 2-ci yerdə Böyük Britaniya, 3-cü yerdə isə İndioneziya gəlir. 20 milyon istifadəçi ilə Türkiyə Facebookda ən çox üzvü olan 4-cü ölkədir.

AİF prezidenti Osman Gündüz

AİF prezidenti Osman Gündüz

Facebaker.com saytının məlumatına görə, hazırda facebook-da Azərbaycandan qeydiyyatdan keçən 153 280 istifadəçi var. Bu istifadəçilərin 62 faizi yəni 92 440-i kişi, 38 faizi isə yəni 57 180 nəfəri qadın istifadəçilərdir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bu rəqəmlərin daha yüksək olduğunu bildirir: “Azərbaycanda bizim analitik təhlillərimiz göstərir ki, Facebook istifadəçilərinin sayı bundan çoxdur. Sadəcə Facebook insanlar qeydiyyat keçəndə kim orada Azərbaycanın adını qeyd edirsə, statistik olaraq onları reklamvericilərə təqdim edir ki, reklam verən Azərbaycandan bu qədər adamın qeydiyyatdan keçdiyini və şirkətin reklamını bu qədər azərbaycanlıya çatdıracağını bilsin. Hesab edirəm ki, bu rəqəm 200-250 min ola bilər”.

Facebaker.com saytının verdiyi statistik məlumata görə son dövrdə Azərbaydan olan istifadəçilərin sayında 20 faizlik artım müşahidə edilib. Beləki Azərbaycan istifadəçilərin sayına görə, 187 ölkəlik cədvəldə 100-cü yerdədir. Osman Gündüz bu artımı ölkədə internetin qiymətinin hiss olunan dərəcədə azalması və keyfiyyətin yüksəlməsində görür. “Son 1-2 ildə internet istifadəçilərinin sayının artmasını müşahidə edirik. Bu da onunla bağlıdır ki, son iki ildə internetin qiymətləri təxminən 9 dəfə endirilib. İki il əvvəl 1000 dollara olan internet indi 20 manatdır. Eyni zamanda internetin keyfiyyətinin artması istiqamətində müəyyən inkişaflar olub” – deyə cənab Gündüz bildirib.

Facebookda Azərbaycandan 153 280 istifadəçi qeydiyyatdan keçib

Facebookda Azərbaycandan 153 280 istifadəçi qeydiyyatdan keçib

Digər bir statistik məlumat facebookda olan azərbaycanlı istifadəçilərin yaş həddləri haqdadır. Belə ki, sayt azərbaycanlı istifadəçilərin 50 faizinin 18-24 yaşlarında olduğunu göstərir. 25-34 yaşlarında olanlar istifadəçilərin 26, 16-17 yaşlarında olanlar 9, 35-44 yaşlarında olanlar isə 6 faizini təşkil edir.

Region ölkələrindən Gürcüstanın statistik baxımdan istifadəçilərin sayına görə 80-ci, Ermənistanın isə 128-ci yerdə olduğu görünür. Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Azərbaycanda internet üçün istifadə olunan texnologiyanın dünya və eləcə də region ölkələrində istifadə olunan texnologiyadan çox geri qaldığını bildirir. O, buna görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini təngid edir: “Son dövrlərdə bu sektorda inkişafa meyllər artsa da konkret vətəndaşların İKT-dən faydalanması ilə bağlı ciddi problemlərlə üzləşmişik. Bu da bizdə bu sahəni tənzimləyən dövlət qurumunun keçmiş rıçaqlar, keçmiş mexanizmlərlə idarə olunması ilə bağlıdır. Yəni bu cür səlahiyyətlərə malik olan Rabitə İnformasiya Texnologiyaları Nazirliyi dünyada yalnız bir neçə ölkədə qalıb. Onlar Rusiya, Türkmənistan və Belarusda var. Qalan ölkələr bu infrastrukturdan imtina ediblər”.

Cənab Gündüz bununla bağlı artıq ölkə rəhbərliyinə müraciət göndərildiyini də bildirdi. O, ölkədə internet inhisarçılığına son qoyulmalı olduğunu qeyd etdi.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG