Accessibility links

Fevralın 23-nə keçən Lerik rayonunun Orat kəndində (Bakıdan 329 kilometr cənub) qar uçqunu nəticəsində bir ailənin beş üzvü həlak olub. Qar uçqunu ailənin yaşadığı evi uçurub.

Rayon İcra Hakimiyyətinin məlumatına görə, həlak olanlar ana, ata və üç uşaqdır. Onların adları açıqlanmır.

Dağlıq rayon olan Lerikə bu il çox qar yağıb. Yanvar-fevral aylarının ayrı-ayrı günlərində qar örtüyünün hündürlüyü bir metrə çatıb. Son günlər havaların istiləşməsi qarın əriməsinə və uçquna səbəb olub.

XS
SM
MD
LG