Accessibility links

İFAD Azərbaycanda kənd təsərrüfatının inkişafını dəstəkləyir


İFAD Azərbaycanda kənd təsərrüfatının inkişafını dəstəkləyir

İFAD Azərbaycanda kənd təsərrüfatının inkişafını dəstəkləyir

BMT Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondunun prezidenti Kanayo F.Nvanzeni Azərbaycanla əməkdaşlıqdan məmnundur və hesab edir ki, Azərbaycanın birgə proqramları uğurla yerinə yetirməsi regionun digər dövlətlər üçün nümunədir

Bu gün Azərbaycanla BMT-nin Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondu (İFAD) bu qurumun Azərbaycanda dəstəklədiyi layihələr, ərzaq məhsuldarlığını artırmaq üçün kiçik sahibkarların təsərrüfatlarında uzunmüddətli investisiya üzrə strategiyalar və əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.
BMT Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondunun prezidenti Kanayo F.Nvanzeni Azərbaycanla əməkdaşlıqdan məmnundur və hesab edir ki, Azərbaycanın birgə proqramları uğurla yerinə yetirməsi regionun digər dövlətlər üçün nümunədir. “Azərbaycanla artıq 13 ildir ki, əməkdaşlıq edirik. İki birgə layihəni uğurla başa çatdırmışıq. Biz İslam İnkişaf Bankı ilə birgə bu yaxınlarda Azərbaycanda kənd yerlərinin inkişafı ilə bağlı ümumi dəyəri 100 milyon dollar olacaq yeni layihəni imzalayacağıq. Azərbaycan hökuməti ərzaq təhlükəsizliyi sahəsində qeyri-neft sektorunu prioritet elan edib və bu sahənin inkişafının maliyyələşdirilməsində fəal iştirak edir”, deyə o qeyd edib.

Cənab Nvanzenin fikrincə, Azərbaycan dünya iqtisadi böhranından itki vermədən çıxıb.

“Bütün dünya maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə, Azərbaycanın daxili və xarici siyasəti onun iqtisadi böhrandan itkisiz, hətta mən deyərdim ki, inkişaf əldə etməklə çıxmasına səbəb olub. Ölkədə əldə edilmiş siyasi stabillik ərzaq təhlükəsizliyinin inkişafına təkan verir və bu, region üçün bir nümunədir. Azərbaycan son on ildə yoxsulluğun azaldılması istiqamətində də nailiyyətlər əldə edib”, - deyə BMT rəsmisi bildirib.

Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abbasov ölkədə ərzaq təhlükəsizliyi sahəsində son dövrlər əldə olunmuş nailiyyətləri qeyd edib. Onun sözlərinə görə, BMT-nin Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondu Azərbaycanda ümumi məbləği 48,1 milyon ABŞ dolları olan dörd layihəni dəstəkləyir. “Bu layihələrdən 40 minədək ailə bəhrələnib. Ümumi dəyəri 100 min dollar olacaq yeni layihənin də uğurla həyata keçiriləcəyinə əminəm”, - deyə o qeyd edib.

XS
SM
MD
LG