Accessibility links

Tehranda azərbaycanlı siyası fəaalların vəkilinə qarşı ittiham irəli sürülüb

  • Insafəli Hidayət

Tehranda azərbaycanlı siyası fəaalların vəkilinə qarşı ittiham irəli sürülüb

Tehranda azərbaycanlı siyası fəaalların vəkilinə qarşı ittiham irəli sürülüb

Cənab Fəqihi İran Azərbaycanında bir neçə vəkillərdəndir ki, Ərdəbil və Təbrizdə siyasi və mədəni müttəhimləri müdafiə edir.Cənab Fəqihidən başqa siyasi məhbusları müdafiə edən azərbaycanlı vəkillər Nağı Mahmudi və Abbas Cəmali də rəsmi idarələrin təzyiqlərinə məruz qaldıqlarını deyirlər.

Bir qrup azərbaycanlı siyasi və mədəni fəaalların vəkili Səyid Məhəmmədreza Fəqihi yanvarın 23-də Tehranın Dövlət İşçiləri Ədliyyəsində mühakimə olunub. Xəbər vəkil

Arəş Keyxosrovun "Vəkili-Millət" bloqunda yayılıb. Cənab Keyxosrov yazır ki, Səyid Məhəmmədzadə Ədliyyənin ümumi rəisinə, parlamentin sədrinə həqarət və insanların fikrini çaşdırmaq məqsədilə yalan məlumat yaymaqda ittiham edilir.

Vəkil məhkəmədə ona qarşı irəli sürülən ittihamları rədd edib. Məhkəmə də ittihamları qəbul etməyib. Ümumi cəza məhkəməsinin 1057 nömrəli şöbəsinin hakimi irəli sürülən ittihamlar əsasında onun məhkəmə işinə baxmaq səlahiyyəti olmadığını bildirib. Hakimin sözlərinə görə, ittihamlarda istinad edilən məqalə "Vəkilorrüaaya" saytında yazılıb və buna görə məsələyə mətbuaat məhkəməsində baxılmalıdır.

Məhkəmə iclası qapalı olub. Hakimlə müttəhimdən əlavə dövlət ittihamçısının numayəndəsi və vəkil iştirak edib.

Xatırladaq ki, vəkil Fəqihinin məqaləsində İranın İnqilab və Umumi məhkəmələri tənqid edilib. Məqalədə eyni zamanda, ümumi ədliyyə rəisi və parlamentin sədri qanunun yazılmasında və qəbulunda oynadıqları rola görə tənqidə məruz qalıb.

Cənab Fəqihi İran Azərbaycanında bir neçə vəkillərdəndir ki, Ərdəbil və Təbrizdə siyasi və mədəni müttəhimləri müdafiə edir.

Cənab Fəqihidən başqa siyasi məhkumları müdafiə edən azərbaycanlı vəkillər Nağı Mahmudi, Abbas Camali də rəsmi idarələrin təzyiqlərinə məruz qaldıqlarını deyib. Nağı Mahmudi “Amerikanın səs” radiosuna bildirib ki, Azərbaycanlı siyasi fəalları müdafiə etdiyinə görə ona xəbərdarlıqlar edilib və artıq müxtəlif bəhanələr əsasında onun vəkillik lisenziyasının müddəti uzadılmır.

XS
SM
MD
LG