Accessibility links

Faiq Əmirov ev dustaqlığına buraxılmayıb


Faiq Əmirli
Faiq Əmirli

Oktyabrın 12-də Bakının Nəsimi rayon Məhkəməsi “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı şikayətini təmin etməyib.

Sadəcə istintaqın məqsədi məni ailəmdən ayrı saxlamaqdır. Mənim nəinki günahım yoxdur, verilən ittihamlar barədə belə anlayışım yoxdur.

Bu barədə vəkil Aqil Layıcov Amerikanın Səsinə bildirib.

Məhkəmə prosesinə hakim Şəlalə Həsənova sədrlik edib.

Faiq Əmirli məhkəmədə bildirib ki, həbs ediləndən indiyədək onunla bağlı hər hansı istintaq hərəkəti aparılmayıb.

“Sadəcə istintaqın məqsədi məni ailəmdən ayrı saxlamaqdır. Mənim nəinki günahım yoxdur, verilən ittihamlar barədə belə anlayışım yoxdur,” vəkil Faiq Əmirova istinadən bildirib.

Bununla yanaşı, məhkəmədə Əmirovun ailəsi ilə görüşünə icazə verilməməsinə də aydınlıq gətirilib. “İşin istintaqını aparan müstəntiq Faiq Əmirovun ailəsi ilə görüşünə qadağa qoymadığını bildirib”, Layıcov deyib.

Faiq Əmirov bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Əmirov bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

AXCP F.Əmirovun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fəthullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG