Accessibility links

Faiq Əmirovun şikayəti təmin edilməyib


Faiq Əmirli
Faiq Əmirli

Noyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilmiş şikayət təmin edilməyib.

Noyabrın 11-də Bakının Nəsimi rayon Məhkəməsi prokurorluğun təqdimatı ilə Faiq Əmirovun həbs müddətini 2017-ci il yanvarın 12-dək uzadıb.

Faiq Əmirov bu il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

AXCP sədrinin köməkçisi Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

Faiq Əmirov ittihamı qəbul etmir və siyasi sifariş sayır.

AXCP-nin bəyanatında deyilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fəthullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Vəkil Fəxrəddin Mehdiyev bu günki məhkəmə prosesi ilə bağlı Amerikanın Səsinə bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı əsassızdır.

“İttihamın əsassız olduğu, heç bir istintaq hərəkətinin aparılmaması, eləcə də Faiq Əmirovun səhhətində ciddi problemlərin olduğunu məhkəmənin diqqətinə çatdırdım və onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırdım. Hakim prokuror Səttar Rzayevin “şikayət təmin edilməsin” fikrini üstün tutaraq Faiq Əmirovun həbsdə qalması barədə qərar verdi”, vəkil qeyd edib.

Mehdiyev məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib. “Artıq Faiq Əmirovun həbsi ilə Avropa İnsan Hüquqları Konvernsiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozulması barədə şikayətimizi bir həftə öncə Avropa İnsan Hüquqları Məhkəməsi icraata götürüb”, vəkil bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG