Accessibility links

Maykl Fallon: Suriyada islamçılara qarşı hava zərbələrinin artırılması nəzərdən keçiriləcək


Böyük Britaniyanın müdafiə naziri Britaniyanın maraqlarına qarşı hücumların dayandırılmadığı təqdirdə Suriyada islamçı yaraqlılara qarşı hava zərbələrinin artırılmasının nəzərdən keçiriləcəyini deyib.

Maykl Fallon bunları BBC Radiosuna müsahibəsi zamanı bildirib.

Daha əvvəl Britaniyanın baş naziri Kral Hava Qüvvələrinin hücumu nəticəsində İslam Dövlətinin 3 üzvünün öldürüldüyünü bildirib. Avqustun 21-də həyata keçirilən hücum zamanı iki birtaniyalı da həlak olub.

Kameron hücumun özünümüdafiə mahiyyəti daşıdığını və Birləşmiş Krallığa qarşı terror aksiyası planlaşdırıldığına dair dəlillər aşkar edildiyini deyib.

Parlament qarşısında çıxış edən baş nazir britaniyalı Reyad Xan və daha iki islamçının Rəqqada öldürüldüyünü bildirib.

Fallon bu hücumun ilk hücum olduğunu, lakin terror akisyalarına mane olunması üçün hava zərbələrinin təkrar olunacağı barədə xəbərdarlıq verib.

Təxminlərə görə 500- 600 britaniyalı İŞİD-in sıralarına qoşularaq, İraq və Suriyada fəaliyyət göstərir.

İraqda qrupa qarşı koalisya qüvvələri tərkibində əməliyyatlarda iştirak edən Fransa indi Suriyadakı hücumlarda da iştirak edəcək.

Fransa prezidenti kəşfiyyat təyyarələrinin bu gündən etibarən əməliyyatlara cəlb edildiyini deyib. Frasua Olland quru qüvvələrin Suriyaya göndərilməsinin nəzərdə tutulmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG