Accessibility links

Polisin bildirdiyinə görə, bu gün səhər İraqın paytaxtında iki fərqli avtomobilə yerləşdirilmiş bomba hücumu azı 22 nəfərin ölümünə səbəb olub.

Bombalardan biri Bağdadın şərqində ticarət mərkəzinin yerləşdiyi küçədə törədilib. Hadisədə 15 mülkü vətəndaş həlak olub, 35 nəfər yaralanıb.

Digər hücum avtobus dayanacağında, ölkənin ən iri hərbi bazalarından biri yaxınlığında törədilib. Bu hücumda isə 12 nəfər ölüb, 28 nəfər yaralanıb.

İŞİD ötən aylar Bağdadda törədilən az qala bütün hücumların məsuliyyətini üzərinə götürüb. Amma bu gün həyata keçirilən hücumların məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

İraqın İŞİD-ə qarşı Fəllucada həyata keçirdiyi hücumlarına baxmayaraq, İraqın paytaxtında hücumlar çoxlarının ehtimal etdiyi kimi azalmayıb.

İraq qüvvələri bir neçə həftədir ki, şəhər uğrunda mübarizə aparır. Fəlluca yanvar ayından bəri islamçı qrup tərəfindən idarə edilir.

XS
SM
MD
LG