Accessibility links

Fəlluca şəhəri uğrunda şiddətli döyüşlər davam edir


İraqda hərbi liderlər bildirib ki, təhlükəsizlik qüvvələri bazar ertəsi Fəlluca şəhərini İŞİD ekstremistlərindən geri almaq üçün onların istinadgahına bir neçə istiqamətdən hücuma keçib.

İraq şiələrinin yarı-hərbi Xalq Səfərbərlik Qüvvələri bazar ertəsi İraq ordusu ilə İŞİD yaraqlılarına qarşı birgə hücumların nümayiş etdirildiyi video yayımlayıb.

İraq hərbi qüvvələrinin təqdim etdiyi havadan çəkilmiş video görüntülərdə şəhər və onun ətraf bölgələrinə edilən hava hücumları nümayiş etdirilib.

İraqlı komandir, general leytenant Həmid Əl-Məliki Associated Press xəbər agentliyinə hücumlarda üstünlüyün əldə edildiyini deyib.

İraq bayraqları daşıyan bəzi əsgərlərin də Fəllucəyə doğru irəlilədiyi nümayiş etdirilib.

Ön cəbhədəki əsgərlər çox sayda tələfatın olduğu barədə məlumat verib. Onlar döyüşlərin üz-üzə deyil, minomyot, avtomobilə yerləşdirilmiş bombalar və snayperlərlə aparıldığını deyib.

Hökumət tərəf qüvvələr çox sayda İŞİD döyüşçüsünün öldürüldüyünü, bəzilərinin isə ələ keçirilərək sorğu-sual edildiyini bildirib.

Fəlluca İraq şəhərləri arasında İŞİD-ın nəzarətində ən uzun müddət qalan şəhərdir. İŞİD döyüşçüləri burada özlərinə istehkam qura bilib.

BMT rəsmiləri Fəllucada döyüşlər nəticəsində mülki vətəndaşların ağır durumu barədə məlumatlar aldıqlarını bildirib.

XS
SM
MD
LG