Accessibility links

Fallucada iraqlılar Amerika əsgərlərinin gedişini bayram edirlər

  • Amerikanın səsi

Fallucada iraqlılar Amerika əsgərlərinin gedişini bayram edirlər

Fallucada iraqlılar Amerika əsgərlərinin gedişini bayram edirlər

Minlərlə iraqlı Falluca şəhərində küçələrə çıxaraq ABŞ qoşunlarının ölkədən çıxmasına sevinclərini ifadə ediblər.

“Müqavimətə” dəstək şüarları səsləndirən nümayişçilər əllərində “Biz indi azadıq!” və “Falluca müqavimət məşəlidir” kimi plakatlar tutublar.

Bir neçə adam ABŞ və İsrail bayraqlarını yandırıb.

Bağdadın qərbində yerləşən Falluca vaxtikən ABŞ qüvvələrinə qarşı qiyamın mərkəzində olub.

İraq əsgərləri seyrçi qismində durduqları halda nümayişçilər əllərində 2004-cü il iki hücum əməliyyatları zamanı öldürülmüş İraq və ABŞ əsgərlərinin şəkillərini gəzdirmişlər.

Obama administrasiyası ABŞ qüvvələrini İraqdan 31 dekabrda çıxaracaq.

XS
SM
MD
LG