Accessibility links

FAO Azərbaycanı region və Qərbi Afrika ölkələrinə ərzaq yardımı etməyə çağırıb


FAO Azərbaycanı region və Qərbi Afrika ölkələrinə ərzaq yardımı etməyə çağırıb
FAO Azərbaycanı region və Qərbi Afrika ölkələrinə ərzaq yardımı etməyə çağırıb

FAO hesab edir ki, Azərbaycan yardım alan ölkədən, yardım ayıran ölkəyə çevirilib.

Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abbasov və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun müavini Fernanda Guerreri FAO-nin Avropa üzrə 28-ci Regional Konfransının və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının 2012-ci il aprelin 17-19-da Azərbaycanda keçirilməsi ilə bağlı sənəd imzalayıb.
Nazir Abbasov bildirib ki, Azərbaycan hökuməti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək. “Azərbaycan hökuməti FAO ilə birgə tədbirin hazırlıq işlərini müvəffəqiyyətlə həyata keçirəcək. Mən bütün 54 üzv dövlətin nazirlərini Azərbaycana dəvət edirəm”.
Xanım Guerreri isə iclaslarda növbəti iki il üçün FAO-nun büdcəsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində region üçün prioritetlər müəyyən ediləcək. Konfransın əsas texniki mövzusu müxtəlif ölkə qrupları üzrə ərzaq təhlükəsizliyinin təhlilinə əsaslanaraq “Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər”dir.
Cənab Abbasov Azərbaycanın FAO ilə uğurlu əməkdaşlıq etdiyini deyib. “Biz əməkdaşlığın bundan sonra da uğurla inkişafında maraqlıyıq. Azərbaycan regionun digər ölkələrindən fərqli olaraq bütün öhdəliklərini, o cümlədən üzvlük haqlarını vaxtında yerinə yetirib. FAO-nun Avropa regionu üzrə konfransının Azərbaycanda keçirilməsi əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun müavini Fernanda Guerreri Azərbaycanın çox böyük təbii ehtiyatlara malik olduğunu deyib. “Azərbaycanda kənd təsərrüfatı əhalinin məşğulluğu baxımından böyük rol oynayır. Məşğul əhalinin 38 faizi kənd təsərrüfatında çalışır. Bu səbəbdən də ölkə prezidenti kənd təsərrüfatına çox böyük diqqət ayırır”.
Onun fikrincə, ölkədə düzgün kənd təsərrüfatı siyasəti aparılır. “Məhz, bu siyasət Azərbaycanı yardım alan ölkədən, yardım ayıran ölkəyə çevirib. Azərbaycan region dövlətlərinə, o cümlədən Tacikistan, Qırğızıstan, Əfqanıstana texniki yardım edə bilər. Biz bu yardımları yüksək qiymətləndiririk. Heyvandarlıq sahəsində sərhədyanı zonalara yardım üçün əsaslar var”.
BMT rəsmisi Azərbaycanı Afrika ölkələrinə yardım göstərməyə çağırıb. “Azərbaycan texniki sahədə və kənd təsərrüfatı məhsullarının emalında qərbi Afrika ölkələrinə yardım edə bilər. Bu ölkələrin yardıma böyük ehtiyacı var. Burada əhalinin ərzaq təhlükəsizliyi cəmi 30-40 faiz təşkil edilir”.
O, həmçinin Azərbaycana da ərzaq təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinə ehtiyac olduğunu deyib. “Bakıdan kənar ərazilərdə iqlim şəraiti qeyri-sabitdir. İqlim dəyişiklikləri təhlükələr yaradır. Bu səbəbdən dən FAO Azərbaycanda layihələr həyata keçirir. Ən yaxşı nümunələr öyrənilir və hökumətə təkliflər verilir”.

XS
SM
MD
LG