Accessibility links

Vəkil işgəncələrlə bağlı təkrar araşdırmanı vacib sayır [Fariz Namazlı ilə müsahibə]


Monkeys cloned from a gene-edited macaque with circadian rhythm disorders are seen at the Chinese Academy of Sciences in Shanghai, China, in this handout picture provided by the Institute of Neuroscience of the Chinese Academy of Sciences.
Monkeys cloned from a gene-edited macaque with circadian rhythm disorders are seen at the Chinese Academy of Sciences in Shanghai, China, in this handout picture provided by the Institute of Neuroscience of the Chinese Academy of Sciences.

Nardaran hadisələri zamanı həbsdə olanlar işgəncələrə məruz qaldığını bildirir

Nardaran hadisələri zamanı həbs edilən Abbas Hüseynov və bir şox digər şəxslər işgəncəyə məruz qalmaları ilə bağlı prokurorluğa şikayət edib. Lakin onların şikayəti əsasında cinayət işinin başlanmasını prokurorluq rədd edib. Nə qədər ki, prokurorluğun qərarı qüvvədədir və o qərardan şikayət verilməyib Bakı Ağır Cinayətlər Məhkəməsi işgəncə ilə bağlı deyilənləri araşdırmayacaq. Bu barədə vəkil Fariz Namazlı Amerikanın Səsinə müsahibəsində bildirib.

Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Nardaran kəndində polisin 2015-ci il noyabrın 26-da keçirdiyi xüsusi əməliiyat zamanı həbs edilən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırzadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (bandotdel) işgəncələrdən danışıb.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:46 0:00

Onun sözlərinə görə, əməliyyat zamanı kənddə həbs edilən çoxsaylı insan ağır işgəncələrə məruz qalıb.

“Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər. Məni maşına atandan sonra əllərindəki silahların qundağı ilə başıma, üz-gözümə vururdular, elə orada burnumu sındırdılar. Aparıb bizi "bandotdel"də yerə atıb təpikləyirdilər. Üç gün özümdə olmadım. Hətta prokurorluğun müstəntiqi gəlib məni görəndə onlara dedi ki, "daha bu qədər də eləməyin də”, Bağırzadə bildirib.

Tale Bağırzadə deyib ki, “Bandotdel”də “Şrek” ləqəbli biri var, vahiməli biridi, o, otağa girdi, başladı döyməyə.

“Üç gün ağlasığmaz işgəncələr verdilər. Elə mənəvi işgəncələr verirdilər ki, sonra özümə bir şey eləyəcəyimdən qorxub yanıma adam salırdılar”.

“Müsəlman Birliyi”nin digər təqsirləndirilən üzvü Abbas Hüseynov bildirib ki, uzun müddət, hətta yaxınları belə, onun sağ olduğunu bilməyib.

“Çünki mənim öldürüldüyüm barədə yalan məlumat yayılıb”.

“İşgəncələrlə bağlı Zakir Qaralova məktub yazmışam. Mənə cavab gəlib ki, “sizi tutarkən heç əlinizi qandallamayıblar, öz xoşunuzla ifadə vermisiz”. Təsəvvür edin, bizi tutub maşında aparanda maskalılardan biri Əkbər qardaşımızın cəsədini göstərib deyirdi ki, “bunun qarnına güllələri mən doldurmuşam”. Məni gecədən səhərə qədər əli qandallı vəziyyətdə, başıma torba keçirib döyürdülər. Məcbur eləyirdilər ki, tutulanların əleyhinə ifadə verim. Məni elə vəziyyətə salmışdılar ki, sanksiya üçün məhkəməyə aparanda yeriyə bilmirdim, polislərdən ikisi qoluma girib aparırdılar”, Hüseynov deyib.

Abbas Hüseynov ona verilən işgəncələrlə əlaqədar Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin şahid qismində məhkəmədə dindirilməsini istəyib.

Tale Bağırzadə əməliyyat zamanı həyatını itirmiş polislərin və tərəfdarlarının polislər tərəfindən öldürüldüyünü deyib.

Vəkilin sözlərinə görə, təqsirləndirlən şəxslər işgəncəyə məruz qaldığını məhkəməninin diqqətinə çatdırıbsa bu zaman məhkəmə təkrar araşdırma aparılması üçün prokurorluğa məlumat göndərə bilər.

“Amma, nə qədər ki, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qüvvədədir, məhkəmə təktrar araşdırma aparılması üçün prökuorluğa müraciət göndərməyəcək”, o qeyd edib.

Vəkil hesab edir ki, kiminsə döyülərək öldürülməsi barədə məhkəmə heyətinin diqqətinə çatdırılıbsa, buna məhkəmə qiymət verməlidir.

“Çünki, bu məsələ ibtidai istintaq dövründə araşdırlmayıb. Məhkəmə tərəfindən polis əməkdaşının digər polslər tərəfindən öldürülməsi müəyyən olunarsa və ya Nardaran sakinlərinin ölümü ilə bağlı deyilənlər təsdiq olunarsa məhkəmə xüsusi qərardad çıxarıb cinayət işi başlnaması üçün Respublika Prokurorluğuna göndərməliidir”.

Qeyd edək ki, Tale Bağırzadə işgəncə ilə bağlı ibtidai istintaq dövründə şikayət verib və sonra şikayətini geri götürüb. İndi isə məhkəmədə işgəncələrdən bəhs edir. Bunun səbəbini vəkil belə izah edib: “Bunun səbəblərini Bağırzadənin özü daha yaxşı bilər. Amma, çox güman ki, Tale Bağırzadə o zaman digər təqsirləndirilən şəxlərin işgəncəyə məruz qalmaması üçün bu addımı atıb. Yəqin ki, növbəti məhkəmə iclaslarında o bu addımı hansı səbədən atdığını izah edəcək”, o qeyd edib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin üzərində xəsarətləri təsdiq edən ekspert rəyləri var.

“Bu ekspert rəylərində xəsarətlər tam gösətirlməsə də, təqsirləndirilən şəxslərdə hansı xəsarətlərin olması barədə məlumat var. Bu rəylər Respublika Prokurorluğunda araşdırılıb və hesab edilir ki, xəsarətlər onlar polisə müqavimət göstərərkən yaranıb. Yəni xəsarətlər döyülmə nəticəsində deyil, müqavimət nəticəsində yaranıb”.

Namazlı müdafiə etdiyi Abbbas Hüseynovla bağlı ekspert rəyində, onun bədənində yüngül xəsarətlər olduğunun yazıldığını deyib. Respublika Prokurorluğu qərar verib ki, bu xəsarətlər polisə müqavimət nəticəsində yaranıb. Biz prokurorluğun qərarından məhkməyə şikayət vermişik və orada göstərmişik ki, xəsarət necə yaranıb və şahidlərin dəvət edilməsini xahiş etmişik. Eyni zamanda istintaq dövründəkı videiogörüntülərin nümayiş etdirilməsini, tədqiq olunsmasını istəyirik. Hazırda şikayətimizə baxılır”, o qeyd edib .

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi hələ məhkəmədə işgəncələrlə və ölüm halları ilə bağlı məhkəmədə səslənən fikirlərə hələ münasibət bildirməyib.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun hadisələrdən sonra yaydığı məlumatda deyilir ki, T.Bağırov noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Əməliyyat zamanı 2-i polis olmaqla 6 nəfər öldürülüb.

Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və Nardaran hadisələri zamanı saxlanılanlar, o cümlədən Taleh Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG