Accessibility links

İranda fars dilinin inkişafı üçün ayrılmış büdcəyə geniş etiraz var


Fars dili üçün fəaliyyət edən hər iki qurumun başqanı Qulaməli Həddad Adildir
Fars dili üçün fəaliyyət edən hər iki qurumun başqanı Qulaməli Həddad Adildir

Fars dili və Ədəbiyyatı Akademiyası və Sədi Fondu üçün təqribən 16 milyard tümən büdcə nəzərdə tutub

İran mediasına istinadən Həsən Ruhani höküməti yeni farsca sözlər axtarmaq, eləcə də daxildə və xaricdə fars dilinin inkişafı istiqamətində fəaliyyət göstərən Fars dili və Ədəbiyyatı Akademiyası Sədi Fondu üçün təqribən 16 milyard tümən büdcə nəzərdə tutub.

İranda müxtəlif siyasi və etnik qruplar bu büdcəni “az xidmətə yüksək hesab” israfçılıq və qeyri-fars cəmiyyətlərə qarşı ayrı-seçkilik kimi dəyərləndirib.

İranın 1394 [hicri] ilinin büdcə layihəsində Türk Dil Qurumunun yeri boşdur
Durna News

İran İslam Respublikası Məsləhət Şurasının baş katibi Möhsün Rzayiyə yaxınlığı ilə tanınan Baztab veb səhifəsi fars dili üçün ayrılmış büdcə ilə bağlı “Yeni kəlimələr tapmaq İran əhalisi üçün neçəyə başa gəlir?” başlıqlı bir reportaj yayıb.

“Görünür ki, Fars dili və Ədəbiyyatı Akademiyası fars ədəbiyyatına bir o qədər də faydalı olmayan xidməti üçün yüksək bir hesab göstərir,” deyə Baztab yazıb.

Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən Durna News adlı internet qəzeti isə həmin mövzunu “1394 ilinin büdcə layihəsində Türk Dil Qurumunun yeri boşdur” başlığı ilə ələ alıb.

Yeni kəlimələr tapmaq İran əhalisi üçün neçəyə başa gəlir?
Baztab saytı

“1394 ilinin büdcə layihəsində İran əhalisinin böyük bir bölümünü incidən məqamlar var,” deyə qeyd edən Durna News Fars dili və Ədəbiyyatı Akademiyası və Sədi Fondu üçün 16 milyard tümən büdcə nəzərdə tutulması, lakin Azərbaycan əhalisinin tələb etdiyi Türk Dil Qurumunun təsisi üçün heç bir addım atılmadığını türklərə qarşı ayrı-seçilik kimi dəyərləndirib.

Durna News həmçinin ölkədə gerçək anlamda ədalət və bərabərliyin ancaq türk dili və başqa qeyri-fars dillər üçün də büdcələr ayrıldığı zaman təmin olacağını qeyd edib.

Mövzu ilə bağlı digər qeyri-fars etnik qruplar o cümlədən, Lur cəmiyyətinə məxsus olan veb səhifələr də yazılar dərc edib.

Yayılan məlumata görə, əsas fəaliyyəti yeni fars sözləri düzəltmək və xarici sözlərə farsca qarşılıq axtarmaqdan ibarət olan Fars dili və Ədəbiyyatı Akademiyası üçün 11 milyard 800 min tümən, İran xaricində fars dilinin inkişafı istiqamətində fəaliyyət edən Sədi Fonduna isə 4 milyard tümən büdcə ayrılıb.

Hər iki qurumun başqanı Seyyid Əli Xameneyiyə ən yaxın adamlardan biri kimi tanınan Qulaməli Həddad Adildir.

XS
SM
MD
LG