Accessibility links

Müəllif fars dilində yazdığı üçün xalqdan əfv tələb edib

Güneyli gənc yazar Hesam Əddin Fərzizadə bu ilin fevral ayında Meşkin Cəza Məhkəməsinin 101-ci şöbəsində “İslamdan İslama” adlı yazdığı kitab üçün, "dini müqəddəslərin təhqir etmək", "təxribatçı ideyaların təbliği" və “mürtədlik" ittihamları ilə günahlandırılıb. O, ittihamları qəbul etməsə də hakim onu 74 qamçı, 7 il həbs və edam cəzasına məhkum edilib.

Hesam Əddin Fərzizadə-nin ailəsi məhkəmədə onun ruh xəstəsi olduğunu idda edib və məhkəmə tibbi onun şizofreniya xəstəsi olduğunu təsbit edib. Beləliklə Hesam Əddin-in haqqında çıxarılan edam cəzasının icra olunması dayandırılıb və o, zəmanət qarşılığında sərbəst buraxılıb.

Lakin iyunun 25-də Meşkin Şəhər Məhkəməsi onu təkrar məhkəməyə çağırıb və bu dəfə onu “İmam-Zamanı inkar etmək" və yenə "dini müqəddəs təhqir etməkdə” ittiham edib.

Amerikanın Səsinə danışan Fərzi Zadənin qardaşı Səid bildirib ki, məhkəmə məsulları qardaşımın haqında çıxarılan edam cəzasını həyata keçirmək istəyir, ona görə gündə bir bəhanə ilə onu məhkəməyə çağırırlar. “Hakim ona Səlman Roşdi ləqəbi verib ona görə radikal islamçı və bəsic üzvləri onu dəfələrcə döyüb və ölümlə təhdid ediblər”, deyə Səid bildirib.

Qeyd olunur kı, Hesam Əddin əla qiymətlərlə təhsilini bitirib və fizika sahəsində ISI- da bir neçə elmi məqalələri çap edilib. O, həmçinin Amerikanın Stanford Universitetinə dəvət alıb.

İslam dinini tənqid edən “İslamdan İslama” kitabı, Misir və Kanadada "Şeyx Osman Almərakşi-nin" ön sözü ilə işıq üzü görüb.

Müəllif adı çəkilən kitabı İranda ümümi xalqın oxuya bilməsi üçün fars dilində yazıb, lakin ona görə allahdan və Azərbaycan xalqından əfv tələb edib.

XS
SM
MD
LG