Accessibility links

ABŞ-da kiçik biznes və "fast food" restoranlarının işçiləri etiraz aksiyalarına çıxıb [Video]


Minlərlə insan Birləşmiş Ştatların "fast food" restopanlarına toplaşaraq, fəhlələrin əmək haqlarının artırılmasını tələb edib. Bu etirazçılar “Biz daha çox istəyirik” deyə qışqırır.

Atlanta kimi Amerikanın böyük şəhərlərində "fast food" restoranlarının işçiləri etiraz aksiyaları keçirirlər. Onlar kiçik bizneslərdə və restoranlarda işləyənlərin əmək haqlarının artırılması ilə bağlı səylərin tərkib hissəsi olaraq belə bir addım atıb.

Amerikada qeyd olunan Əmək Günündə Birləşmiş Ştatlar prezidenti Barak Obama bu çağırışlara qoşuldu. “Hazırda bütün ölkə boyu "fast food" restoranlarının işçiləri ailələrini dolandırmaq və qürurla yaşamaq üçün əmək haqlarının artırılması üçün hərəkat təşkil edib. Bu həqiqətdir, Amerika buna layiqdir.”

Ölkədə minimum əmək haqqı saatda 7 dollar 75 sentdir. Lakin Kaliforniya da daxil edilməklə, bəzi ştatlarda əmək haqqı saatda 9 dollar, Siettldə isə minimum əmək haqqı saatda 15 dollardır ki, etirazçılar da bütün ölkə boyu azı bu məbləğı tələb edir. Los-Anceles meri gələcək 3 il ərzində şəhərdə əmək haqqını 13 dollar 25 sentə qaldırmağı planlaşdırır.

Birləşmiş Ştatların Kiçik Bizneslər Administrasiyasının başçısı Mariya Kontreras Svit deyir ki, Konqresdə əmək haqlarının artırılmasına qarşı olanlar var. “Prezident 10.10 dedi, bu isə əmək haqqı saatda 10 dollar 10 sent deməıkdir. Biz ölkə boyu iqtisadiyyatın müxtəlif bölgələrdə müxtəlif vəziyyətdə olduğunu başa düşürük, buna görə də Konqres bir addım ata bilmir. Bununla bağlı ştatlar və merlər özləri qərar verir.”

Friman Hunun özünün avtomobil təmiri biznesi var və işçilərinin əmək haqqı ilə bağlı fikirləri birmənalı deyil. “Bu əmək haqqıdır, əmək haqqını artırmaq üçün müştəridən daha çox pul almalısan.”

Eyni zamanda o, ailələrini dolandırmaq üçün işçilərin əmək haqlarının artırəılmaslı olduğunu deyir. “Bu onların ən azı ərzaq və digər vacib şeylər ala bilmələrinə yardım edər.”

Los-Anceles Əmək Federasıyasından Rasti Hik az masala çox saat işlənildiyini deyir. “Əgər siz tam iş gününü işləyirsinizsə bu, həftədə 40 saat etrməlidir və bu sizə özünüzə, ailənizə və əlavə xərclərinizə çatmalıdır.”

Biznes qrupları və Konqres isə deyir ki, minimum əmək haqlarını artıqmaq üçün işçiləri işdən çıxarmaq lazım gələcək. Bu isə maaş piramidasının ən aşağı pillələrində dayanan adamları incidəcək. Ölçünün tərəfdarları isə maaş artımının ABŞ iqtisadiyyatını dirçəltməyə yardım edəcəyini iddia edir.

XS
SM
MD
LG