Accessibility links

Prezident ABŞ-la Azərbaycan arasında vergi tələbləri barədə sazişi imzalayıb


FATCA

FATCA

Oktyabrın 2-də prezident İlham Əliyev “Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” 2015-ci il sentyabrın 9-da Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib.

Azərbaycan Milli Məclisi 2015-ci il oktyabrın 20-də keçirilən iclasında bu sazişi qəbul edib.

İtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsi Azərbaycan bir çox ölkələrlə bağlayacaq.

“ABŞ-ın müvafiq qurumları ilə Vergilər Nazirliyi arasında imzalanan bu qanun vergi sahəsində inkişafa, səmərəliyin artmasına, beynəlxalq standartlara, beynəlxalq qaydalara əməl olunmasına xidmət edir”, o qeyd edib.

Sənəd FATCA çərçivəsində fiziki və hüquqi şəxslərin hesablarının yoxlanması meyarlarını müəyyən edir. Sazişin icrasına müvəkkil orqanlar kimi Azərbaycan Vergilər Nazirliyi və ABŞ Xəzinədarlıq Departamenti çıxış edirlər.

Xarici hesablara vergi qoyuluşu haqqında akt başqa dövlətin ərazisində maliyyə vəsaiti qazanan amerikalı vətəndaşların vergidən yayınmasının qarşısının alınmasını nəzərdə tutur. Qanun xarici bankların, maliyyə institutlarının həm fiziki, həm də hüquqi şəxs olan amerikalı müştərilərin hesablarına dair məlumatı ABŞ vergi sisteminə (İRS) açıqlaması barədə məsuliyyət qoyur.

2017-ci ildən saziş qiymətli kağızların satışından və tranzit ödəmələrdən gəlirləri də əhatə edəcək.

“Model A1” kateqoriyasına aid olan sazişin Azərbaycan variasiyasında banklar və maliyyə təşkilatları Azərbaycan hökuməti vasitəsilə ABŞ vergi xidmətini məlumatlandırmalıdır.

Sazişə əsasən ABŞ öz ərazisində azərbaycanlı rezidentlər barədə məlumat verməlidir.

Azərbaycan 2014-cü il mayın 16-dan ABŞ-ın FATCA üzrə tərəfdaşıdır.

FATCA 2000-ci il martın 18-də ABŞ Konqresi tərəfindən qəbul edilib və 2013-cü il yanvarın 1-dən qüvvəyə minib.

XS
SM
MD
LG