Accessibility links

Faxtə Zamani: İran hökuməti edamlardan insanları qorxutmaq üçün istifadə edir [Audio]


İranda narkotik mallar qaçaqmalçılığı ittihamı ilə ölüm cəzasına məhkum edilmiş məhbus asıldıqdan sonra morqda ayılmış və həbsxanadakı xəstəxanaya gətirilmişdir. Hakim onun sağlıq durumunun normallaşmasından sonra yenidən edam edilməsi ilə bağlı qərar verib. İran dünyada əhali sayına görə edamların ən çox icra edildiyi ölkədir. İran və Qərb qüdrətləri arasında Tehranın nüvə proqramını dayandırması istiqamətində danışıqlar yenidən başlayıb. Keçən ay İran prezidenti Həsən Ruhani və ABŞ prezidenti Barak Obama arasında telefon söhbəti iki ölkə arasında 35 ildən çox bir müddət ərzində münasibətlərin qurulması ilə bağlı ümidləri artırıb. Lakin insan hüquqlarını müdafiə təşkilatları ölkədə insan haqlarının durumunun hələ də ciddi olduğunu bildirir. Bu məsələləri Amerikanın Səsinə müsahibədə Norveçdə yaşayan hüquq müdafiəçisi Faxtə Zamani ilə müzakirə etmişik.


please wait

No media source currently available

0:00 0:11:29 0:00
Direct link


Faxtə Zamaninin sözlərinə görə, İranda ölüm hökmlərinin ən çox verildiyi hal narkotika qaçaqmalçılığı ilə əlaqədardır. Bu, Azərbaycan vilayətləri də daxil olmaqla, İranın bütün regionlarına şamil olunur. Hüquq müdafiəçisi bildirib ki, uyuşdurucu maddələr qaçaqmalçılığı ilə məşğul olan insanların böyük hissəsi bunu işsizlik və imkansızlıq üzündən etməli olur. O, Azərbaycan vilayətlərində yaşayan sünnilərin vəziyyətinin ağır olduğunu xüsusi qeyd edib. Hüquq müdafiəçisi bildirib ki, İran İslam Respublikasında narkotik maddələrdən istifadə hallarının artmasını insanların siyasi azadlıqları ilə yanaşı, sosial-ictimai azadlıqlarının da məhdud olması ilə izah etmək olar. O, İran hökumətinin edamlarla insanları qorxutmaq məqsədilə istifadə etdiyini deyib.

Faxtə Zamani İranda prezident Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra ölkədə ölüm hökmlərinin icrası hallarının artdığını qeyd edib. O deyib ki, İran və Qərb arasında yaxınlaşmanın mümkünlüyü ilə bağlı ümidlər artsa da, ölkədə əsaslı dəyişikliklər Ali dini rəhbərin razılığı olmadan baş verməsini gözləmək düzgün olmazdı.

Hüquq müdafiəçisi Norveçdə fəaliyyətlərindən danışaraq “İran İnsan Hüquqları” qrupu ilə işlədiyini qeyd edib. Onun sözlərinə görə, qrupun əsas diqqəti İranda edamlara və qeyri-fars bölgələrdə məhkəmələrin fəaliyyətinə yönəlib.
.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG