Accessibility links

Fazil Mustafa: Etnik ‘azərbaycanlı’ termininin elmi əsası yoxdur [Audio-Müsahibə]


Fazil Mustafa, millət vəkili
Fazil Mustafa, millət vəkili

Millət vəkili Fazil Mustafa rəsmi kimlik anlayışındakı “azərbaycanlı” terminin siyasi xarakterli bir tanıtım olduğunu deyir. Amerikanın Səsinə danışan siyasətçinin sözlərinə görə, cəmiyyət əslində bu tanıtımı doğru görmür amma Azərbaycan Respublikasının həssas siyasi şəraitdə olduğunu nəzərə alaraq etiraz etmir və dözüm göstərir.

Fazil Mustafa Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:07 0:00

“Azərbaycanlı termini Sovet dövründən başlayaraq bu ölkədə daha çox siyasi xarakterli bir tanıtım olaraq qəbul olunmuş... Amma bu siyasi tanıtım elmi cəhətdən əsaslandırıla bilmir. Çünki Azərbaycanda mütləq çoxluğu təşkil edən [etnik cəmiyyət] kökcə, mənşəcə və dilcə türklərdir,” Fazil Mustafa söyləyir.

Ermənistanda ermənistanlı deyilmir erməni deyilir, Gürcüstanda gürcüstanlı deyilmir, gürcü deyilir.
Fazil Mustafa

Onun söylədiklərinə görə, “kimsə bu dilin adına ‘Azərbaycan dili’ deyə bilər, bu konstitusiyada və müxtəlif qanunlarda da ola bilər. Amma hər bir şeyin bir məntiqi izahı olmalı, bir əsaslandırması olmalıdır. Bunun izahını vermək mümkün olmur. Ermənistanda ermənistanlı deyilmir erməni deyilir, Gürcüstanda gürcüstanlı deyilmir, gürcü deyilir.”

Millət vəkili bu problemi ‘azəri’ ya ‘azər xalqı’ şəklində izah etməyə çalışanların da elmi populizmdən uzağa gedə bilmədiklərini önə çəkir.

“Azərbaycanda bunu uydurma olaraq bir dövr azəri adı ilə ötüşdürmək istədilər; yəni Azərbaycanda yaşayan azərilər... Amma azəri adında ümumiyyətlə türk etnosuna aid ola biləcək hansısa bir xalqın olduğunu sübut edə bilmədilər. Bəziləri ‘azər xalqı’ və başqa adlar altında kitablar yazaraq [bunu] ortaya qoymağa çalışdılar. Bunu sübut edə bilmədilər. Bir elmi populizmdən uzağa gedə bilmədilər. Amma bütövlüklə yenə bunun türk dili və türk xalqı olduğu ortaya çıxdı.”

Cəmiyyət zahirdə azərbaycanlı tanıtımı ilə razılaşmış kimidir. Amma batinən bunu doğru görmür.
Fazil Mustafa

Azərbaycan Respublikasının rəsmi kimlik anlayışı o cümlədən, çoxluğu təşkil edən cəmiyyət və rəsmi dilin adında türk sözünün keçməməsinə toplumda gözə çarpan təpki və ya etiraz görünməməkdədir. Amma, son vaxtlar bəzi siyasətçilərin türk kimliyini inkar yönündə çıxışları müəyyən dərəcədə etiraz səslərinin yüksəlməsinə səbəb olub.

Cənab Mustafa bunun ziddiyyətli bir durum olmadığını ifadə edir.

Onun dediklərinə görə, “cəmiyyət zahirdə azərbaycanlı tanıtımı ilə razılaşmış kimidir. Amma batinən bunu doğru görmür... Müxtəlif şəxslər tərəfindən provokativ və qışqırdıcı xarakter daşıyan və türklərin hissiyatına toxunan ifadələr işləndiyi zamanlarda da ciddi etirazlar qaçınılmaz olur.”

Siyasətçinin fikrincə, toplumun rəsmi kimlik siyasətinə etiraz etməməsinin əsas səbəbi Azərbaycan Respublikasının həssas dönəmdən keçməkdə olmasıdır:

Xalqın buna etiraz etməməsinin əsas səbəbi odur ki, Azərbaycan həssas dönəmdən keçir və həssas bir bölgədə yerləşir.
Fazil Mustafa

“Xalqın buna etiraz etməməsinin əsas səbəbi odur ki, Azərbaycan həssas dönəmdən keçir və həssas bir bölgədə yerləşir. Keçmiş Sovet sistemindən qopduqdan sonra hələ də o sistemin əsas nüvəsini təşkil edən güclər, eləcə də Güney Azərbaycan üzərində basqı təşkil edən güclərin Azərbaycan dövlətinin mövcudluğuna münasibəti müsbət deyil.”

O əlavə edir, “amma bir ziyalı bir professor ya bir siyasətçi gəlib deyəndə azərbaycanlı və Azərbaycan dili və bu kimi anlayışlar siyasi xarakterlidir, bununla ‘biz türk deyilik’ deməyin yanlış və qışqırdıcı olduğunu bildirir... Rəsmi anlayışa dözümlülük göstərən ya biraz yumuşaq mövqe sərgiləyən adamlar bəzən bunun bu dərəcədə də təhrif olmasına və [türk kimliyinin] tamamən unudulmasına yol verməmək üçün açıq şəkildə bu mübahisələrdə mövqelərini ifadə edə bilirlər.”

XS
SM
MD
LG