Accessibility links

Fazil Mustafa: Güney Azərbaycan məsələsi Əbülfəz Elçibəyin siyasi kursunda önəmli yer tuturdu [Audio]


Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa

“O Güney Azərbaycandakı insanların hüquqlarının bir prezident tərəfindən müdafiə olunduğunu göz qabağına tutaraq dünyanın diqqətinə çatdırırdı”.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı, mərhum eks-prezident Əbülfəz Elçibəyin siyasi məsələlər üzrə müşaviri olmuş Fazil Qəzənfəroğlu Amerikanın Səsi radiosuna milli azadlıq hərəkatının liderinin İranda yaşayan azərbaycanlılarla bağlı ideyalarından danışıb. Əbülfəz Elçibəy “Bütöv Azərbaycan yolunda” kitabını nəşr etdirib.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə müsahibə
please wait

No media source currently available

0:00 0:14:34 0:00
Direct link

Onun sözlərinə görə, Elçibəy Bütöv Azərbaycan xalqının lideri olub. “O kimin harada yaşamasından, hansı siyasi, ictimai və mədəni amallara xidmət etməsindən asılı olmayaraq Azərbaycan xalqının dəyərli daşıyıcısı kimi hörmət edirdi. Əbülfəz Elçibəy Azərbaycan xalqının vahid əlifbasının olmasını, harada yaşamasından asılı olmayaraq vahid tarix, ədəbiyyat, Azərbaycan dili dərsliyindən istifadə etməsini istəyirdi”.
Əbülfəz bəy kitabından məşhur türk şairinin “Uzaqlarda bir yol var... Getməsək də, varmasaq da, o yol bizim yolumuzdur” misralarına istinad edib.
Cənab Mustafa deyib ki, Əbülfəz Elçibəy millət anlayışına bütöv bir məfhum kimi baxırdı və siyasi coğrafiya anlamında yanaşmırdı. “Güney Azərbaycan məsələsi onun düşüncəsində, anlamında, siyasi kursunda önəmli yer tuturdu. Bu məsələni müstəqil Azərbaycanın gələcək siyasi prioritetlərinin əsası kimi gördüyündən, bəzən siyasi lider kimi deyil, özünü bu məsələnin təbliğatçısı kimi təqdim edirdi. Bu bəzən dövlətlərarası münasibətlərə zərbə vursa da, Güney Azərbaycandakı insanların hüquqlarının bir prezident tərəfindən müdafiə olunduğunu göz qabağına tutaraq bilərəkdən bunu dünyanın diqqətinə çatdırırdı”.
O problemə sırf insan haqları kontekstindən yanaşırdı. “Əbülfəz bəy bildirirdi ki, İranda azərbaycanlılar çoxluğu təşkil etsə də, onların dili, təhsili və mədəniyyəti inkişaf etdirilmir. Onların öz dilində məktəbləri, kitabları, media vasitələri yoxdur”.
Milli Məclisin deputatının dediyinə görə, Əbülfəz Elçibəy həmçinin hesab edib ki, İranda yaşayan azərbaycanlılar öz müqəddəratlarını hələ təyin etməyib. “Əbülfəz bəy deyirdi ki, Azərbaycan xalqının İranda yaşayan çoxmilyonlu hissəsi hələ müqəddəratını təyin etməyib. Çünki orada referendum keçirilməsinə imkan verilmir. Amma, bir millət müqəddəratını bir dəfə təyin edə bilər. İranda yaşayan azərbaycanlılar da Azərbaycan xalqının bir hissəsi kimi öz müqəddəratına səs verməlidir”.
Cənab Mustafa Elçibəyin yaratdığı “Bütöv Azərbaycan Birliyi” Təşkilatının bu gün qarşısına qoyulmuş vəzifəni yerinə yetirə bilməməsindən narahatdır. “Bu təşkilat daha çox elmi-nəzəri cəhətdən Azərbaycan xalqının mədəni və iqtisadi birliyinin modelini hazırlamalıdır. Necə ki, Alman xalqı on illərlə bu ideologiyanın üzərində işlədi”.
Fazil Mustafa hesab edir ki, bir qayda olaraq İranda inqilabları azərbaycanlılar edib və sonradan özləri də inqilabın qurbanlarına çevrilib. ”Səttarxan, Peşəvəri hərəkatları və 1978-ci il inqilabını azərbaycanlılar edib. Amma, bu dəfə elə proqram olmalıdır ki, azərbaycanlılar qurbana çevrilməsin”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG