Accessibility links

FBI direktoru: Klintonun email işi ilə bağlı ittiham olmayacaq


Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi çərşənbə axşamı bildirib ki, FBI Hilari Klintonun dövlət katibi kimi fəaliyyət göstərdiyi dövrdə məxfi məlumatların öhdəsindən düzgün gələ bilməməsi ilə bağlı işlə hər hansı ittihamın irəli sürülməsi məqsədəuyğun saymır.

Demokratların ehtimali namizədi şənbə günü Federal Təhqiqatlar Bürosunun ​təhqiqatçıları ilə rəsmi iş üçün şəxsi email-dən istifadə etdiyini müzakirə etmək üçün 3 saatlıq görüş keçirib.

Ceyms Komi Klintonun şəxsi və iş email-lərini idarə etmək üçün müxtəlif server və mobil cihazlardan istifadə etdiyini deyib. FBI sistemdə olan 30000 email-I bütünlüklə araşdırıb.

"FBI direktoru "əyri Hillari"nin bizim milli təhlükəsizliyimizi təhlükədə qoyduğunu deyib. İttiham irəli sürülməyib. Heyrət! Saxtalaşdırılmış sistem."Donald Tramp

Respublikaçıların ehtimali namizədi Donald Tramp Kominin mətbuat konfransından az sonra Twitter səhifəsində onun açıqlamalarını qınayaraq yazıb: "FBI direktoru "əyri Hillari"nin bizim milli təhlükəsizliyimizi təhlükədə qoyduğunu deyib. İttiham irəli sürülməyib. Heyrət! Saxtalaşdırılmış sistem."

Kominin sözlərinə görə, 52 email silsiləsində olan 110 email göndərildiyi zaman məxfi məlumat daşıyıb. Bunlardan səkkizi isə tam məxfi məlumatları özündə ehtiva edib.

Ceyms Komiyə əsasən, təhqiqatçılar Klintonun hər hansı işlə bağlı email-i bilərəkdən silməsinə dair heç bir sübut tapmayıblar. Lakin o qeyd edib ki, Klinton və onun iş heyəti “yüksək dərəcədə məxfi məlumatlarla son dərəcə ehtiyatsız davranıb.”

XS
SM
MD
LG