Accessibility links

ABŞ rəsmiləri birjanın hərəkət məlumatlarını oğurlamaq üçün Dow Jones maliyyə xəbər şirkətinə müdaxiləni rus hakerlərin həyata keçirib-keçirmədiyini araşdırır.

Mənbəyə istinad edən Bloomberg News bildirir ki, bir il əvvəl baş vermiş bu müdaxilə həvəskar fəaliyyətdən qat-qat ciddi hakerlik olub.

Nə Ağ Ev, nə də Dövlət Departamenti məsələyə münasibət bildirməyib. Ancaq Bloomberg bildirir ki, bir il əvvəl başladılan təhqiqata Federal Təhqiqat Bürosu (FBI), Xüsusi Xidmət İdarəsi və Təhlükəsizlik və Mübadilə Komissiyası rəhbərlik edir.

Bununla yanaşı, Dow Jones sözçüsü Bloombergin məlumatına skeptik yanaşıb. “Bloomberg məlumatın dərc edəndən bəri onun düzgün olub-olmamasını dəqiqləşdirmək üzərində əlimizdən gələni edirik. Bu günədək belə bir təhqiqata dair heç bir sübut əldə edə bilməmişik” – deyə Dow Jones-un sözçüsü Kollin Şvartz yazdığı emaildə bildirib.

Ancaq FBI hak insidentinin araşdırdığı təsdiq etsə də, digər dövlət agentliklərinin də burada fəaliyyətinin olub-olmaması barədə şərh verməyib.

XS
SM
MD
LG