Accessibility links

FBI Klintonla təhlükəsizliyə dair brifinq keçirib


Bu gün Hillari Klinton ABŞ prezidentliyi uğrunda Demokrat Partiyasının namizədi olandan bəri ilk dəfə milli təhlükəsizlik məlumatı əldə edib.

ABŞ-ın üzləşdiyi yerli və qlobal təhdidlərlə bağlı brifinq xanım Klintonun evinin yanında Nyu-York şəhərinin ətrafındakı federal binalardan birində keçirilib.

Klintonun əsas rəqibi Respubkaçı Partiyasının namizədi Donald Tramp oxşar məlumatı bu ayın əvvəlində almışdı. Həmin görüşün təxminən 2 saat davam etdiyi bildirilmişdi.

ABŞ qanunlarına görə, Milli Kəşfiyyat Direktorluğu İdarəsi prezidentliyə əsas namizədlər və onların yaxın məsləhətçilərini təhlükəsizlik məsələsi ilə bağlı gizli informasiyalarla məlumatlandırmalıdır. Bunun səbəbi onlar prezident olacağı təqdirdə təhlükəsizlik məsələlərinə hazır olmaqdır.

Klintonun əsas rəqibi Respubkaçı Partiyasının namizədi Donald Tramp oxşar məlumatı bu ayın əvvəlində almışdı. Həmin görüşün təxminən 2 saat davam etdiyi bildirilmişdi.

Associated Press-in verdiyi məlumata görə, Klintonla görüş Federal Təhqiqat Bürosunun White Plains-dəki ofisində baş tutub. Bu görüşün də 2 saata yaxın davam etdiyi deyilir.

Bu proses artıq son 60 ildə davam etməkdədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG