Accessibility links

Aksiyada iştiraka görə iki fəal həbs edilib


Kashmiri men use a makeshift raft to evacuate an elderly man and his grand daughter from a flooded neighborhood in Srinagar, India, Sept. 7, 2014.
Kashmiri men use a makeshift raft to evacuate an elderly man and his grand daughter from a flooded neighborhood in Srinagar, India, Sept. 7, 2014.

Asif Orucov REAL Hərəkatının lideri İlqar Məmmədovun həbsinə etiraz aksiyasında, Əli Hüseynov isə Qüds günü ilə bağlı keçirilən aksiyada iştirak edib

Son günlər aksiyalarda iştiraka görə iki nəfər saxlanıb. Saxlananlar İslam Partiyasının tərəfdarı, Nardaran kənd sakini Əli Hüseynov və fəal Asif Orucludur.

Asif Oruclu avqustun 4-də REAL Vətəndaş Hərəkatının lideri, prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Məmmədovun həbsinə etiraz olaraq keçirilən aksiya zamnaı saxlanıb və inzibati qaydada 7 sutka həbs edilib.

REAL-ın icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, Oruclu Məmmədova dəstək üçün flaş-mob keçirilməsi nəzərdə tutulan Sahil parkının yaxınlığında saxlanıb.

Oruclu üzərində Məmmədovun təsviri olan futbolka geymişdi.

Nardaran sakini, İslam Partiyasının tərəfdarı Əli Hüseynov isə Sabunçu rayon polisi tərəfindən saxlanıb və inzibati qaydada 9 sutka həbs edilib. Həbsə Ə.Hüseynovun ötən cümə günü Nardaranda Qüds Günü münasibətilə keçirilən aksiyada iştirakı səbəb olub.

İslam Partiyası Ə.Hüseynovun həbsini pisləyib, onun aksiyada iştiraka görə təqib olunmasını təəccüblə qarşılayıb.

Aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzü də daxil olmaqla, dünyada işğal siyasətini pisləyiblər.

Aksiya zamanı ABŞ və İsrailin siyasətinə etiraz edilib, bu ölkələrin bayraqları yandırılıb ki, bu da müsəlmanlara qarşı ədalətsiz siyasətlə bağlı qəzəbin təzahürüdür, AİP-in bəyanatında deyilir.
XS
SM
MD
LG