Accessibility links

Siyasi fəal həbs edilib


Həbs
Həbs

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Daşkəsən rayon (Bakıdan 386 kilometr qərb) təşkilatının sədri Nəsimi Qafarov 15 sutkalıq həbs olunub. O, “polisə tabe olmamaqda” təqsirli bilinir.

VHP hesab edir ki, fəal ötən həftə Daşkəsəndə yerli sakinlərlə ombudsman Elmira Süleymanovanın görüşünə əngəl törədilməsi barədə məlumatın KİV-də yayılmasına görə həbs edilib.

Belə ki, E.Süleymanova ilə görüş istəyən sakinləri yerli icra hakimiyyətinin otaqlarından birinə toplayıblar. Lakin onlar ombudsmanla görüşə bilməyiblər. E.Süleymanova isə yerli “fəal” ilə insan hüquqlarının təminatı üzrə milli proqramın reallaşması mövzusunda tədbir keçirib.

N.Qafarov vətəndaşların müdafiəsinə qalxaraq ombudsmanla görüş tələb edib və vətəndaşların aldadılması barədə məlumatı KİV-ə ötürüb.

İyunun 14-də gecə yarısına yaxın gənci polisə aparıblar. O, polisə tabe olmamaqda ittiham edilib. N.Qafarov guya polis rəisinin müavininin avtomobilini ötüb keçmək istəyib və onun tələblərinə tabe olmayıb.

VHP bəyanatla çıxış edərək “özbaşınalığa son qoyulmasını və Nəsimi Qafarovun azad olunmasını” tələb edib.

XS
SM
MD
LG