Accessibility links

Federal Təhqiqat Bürosu bombanın təyyarəyə necə keçirildiyi üzərində təhqiqat aparır (Video)

  • Nərminə Cəlalqızı

Federal Təhqiqat Bürosu Əl-Qaidənin Yəməndə Birləşmiş Ştatların sərnişin təyyarəsini partlatmaq planı ilə bağlı təhqiqatı davam etdirir. Keçən ay təyyarənin partladılması cəhdi bombanı işə salacaq şəxsin Əl-Qaidəyə qarşı işləyən casus olduğu üçün baş tutmamışdı. Lakin maraqlısı budur ki, bəzən aeroportlarda yoxlanış apparatları bombaları aşkar etmir.

Federal Təhqiqat Bürosunun ekspertləri bombanın təyyarəyə alt paltarında necə keçirildiyi üzərində təhqiqat aparırlar. Birləşmiş Ştatlar rəsmiləri belə bir qurğunun Əl-Qaidə üçün Yəməndə bomba hazırlayan İbrahim Həsən Əl-Əsiri tərəfindən düzəldildiyinə inanırlar. Rəsmilər belə bir partlayıcı qurğunun metaldan olmadığını, buna görə də bədəndə müəyyən edilmədiyini deyirlər.

Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının sabiq başçısı Kip Houli aeroportun təhlükəsizliyində məsuliyyət daşıyan şəxslərdən idi. “Zabitlər hər gün minlərlə insan görürlər və əgər kimsə alt paltarında bomba keçirirsə, onlar bunu görməlidilər. Mən əminəm ki, fiziki yoxlamada bunu müəyyən etmək olar.” -deyə, o bildirir.

Milli təhlükəsizlik naziri Canet Napolitano da belə düşünür. “ Bəli, mən də düşünürəm ki, bombanın aşkar edilməsinə etimal var idi.”

Aeroportlarda insanların paltarının altını göstərən təchizatdan istifadə edilir. Sərnişinlərin buna münasibəti müxtəlifdir. Mət Holden adlı sərnişin bəziləri belə addımın onların şəxsi həyatlarına müdaxilə olduğunu düşündüklərini, lakin baş verə biləcək faciədənsə belə yoxlanışlar keçirilməsinin daha yaxşı olduğunu deyir.

Heydi Kristi adlı sərnişin isə yüksək texnologiyalı avadanlıqların gərəkli olduğunu desə də, insanların lazım olamyan şeyləri görməsinin düzgün olamdığını deyir.

Birləşmiş Ştatların nəqliyyat rəsmiləri aeroprtlarda təhlükəsizliyin qorunması üçün insanların və yüklərin əvvəlcədən yoxlanılması da daxil edilməklə, digər addımlar da atıldığını deyirlər. Frank Ciluffo Vaşinqtondakı Milli Təhlükəsizlik Siyasəti İnstitutunun direktorudur: “Biz burada dinamik rəqiblər üləşirik ki, onlar daim bizim hərəkətlərimizə müvafiq əks-addımlar atmağa çalışırlar və hər vəchlə sistemdəki boğluqları tapmağa cəhd göstərirlər.”

Rəsmilər Əl-Qaidənin son təşəbbüsünün, 2009-cu ildə Milad bayramı günü Detroyt təyyarəsinə edəcəyi bomba hücumunun qarşısı alındı. 23 yaşlı Ömər Əbdülmütəllib Amsterdamda təyyarəyə alt paltarında partlayıcı qurğu ilə daxil ola bildi.

Avropa Birlyi bölgənin bütün aeroportlarında bədəni tam göstərən təchizatın olmasını tələb etməsə də, onlardan Paris, London, və Frankfurt kimi böyük aeroportlarda istifadə edilir. Təhlükəsizlik rəsmiləri isə bütün bədəni göstərən qurğuların Əl-Qaidənin hava nəqliyyat sisteminə daxil olmaq üşün istifadə edə biləcəkləri kiçik aeroportlarda da yerləşdirilməsinin vacib olduğunu deyirlər.

XS
SM
MD
LG