Accessibility links

İki ölkə arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlığa dair razılaşmalar imzalanıb

Çinin prezidenti Çi Tzinpin ölkəsinin regionda rolunun artırılması istiqamətində addım ataraq, Fələstin lideri Mahmud Abbası Pekində qəbul edib.

Qarşılama mərasimindən sonra iki lider Böyük Xalq Sarayının konfrans zalına yollanıblar.

Rəsmilər deyir ki, onlar ikitərəfli əlaqələrin gücləndirilməsi, beynəlxalq və ortaq regional problemləri müzakirə ediblər.

Fələstin və Çin rəsmiləri həmçinin iki dövlət arasında iqtisadi əməkdaşlığa dair saziş və mədəni mübadiləyə dair razılıq imzalayıblar.

Cənab Abbas çərşənbə axşamı Çini tərk edəcək. President Tsi bu həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırır.
XS
SM
MD
LG