Accessibility links

Ağ Ev fələstinli gəncin qətlini pisləyir


Ağ Evin sözçüsü Coç Ernest
Ağ Evin sözçüsü Coç Ernest

Ağ Ev Qüds ətrafında cəsədi aşkar edilmiş fələstinli gənc Məhəmməd Əbu Xudayrın qətlini pisləyib. Ağ Evin sözçüsü Coş Ernest həm İsrail, həm də Fələstin rəsmilərini gərginliyin artmasına yol verməmək üçün addımlar atmağa çağırıb.

ABŞ Dövlət katibi Con Kerri hadisə ilə bağlı açıqladığı bəyanatda deyib ki, Fələstin xalqına başsağlığı ifadə etmək üçün söz tapmaq çətindir.

İsrailin Baş naziri Benyamin Netanyahu qətl hadisəsi ilə bağlı təhqiqat aparılmasına çağırıb. Fələstinlilər Əbu Xudayrın üç israilli yeniyetmənin qətlinə cavab olaraq oğurlandığından şübhələnir.

Polis yanmış cəsədi fələstinli yeniyetmə gəncin Qüdsün ərəblərin yaşadğı hissəsində zorla avtomobilə oturmağa məcbur edildiyi haqda telefon zəngindən sonra aşkar edib. Polis bunun Əbu Xudayrın cəsədi olduğunu təsdiq etmək üçün tibbi-ekspertizanın nəticələrini gözləyir.

İsrail liderləri yeniyetmələrin qətlində Həmas qrupunu günahlandıraraq, qrupun cəzalandırılmasına söz verib. Rəsmilər yeniyetmələlərin axtarışı keçirilən zaman yüzlərlə Həmas üzvünü həbs edib.

XS
SM
MD
LG