Accessibility links

Azərbaycan Qəzza bölgəsində baş vermiş hadisə ilə əlaqədar narahatlığını ifadə edib


Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir

Azərbaycan Fələstinin BMT-nin tam hüquqlu üzvü olmasını dəstəkləyir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 15-də Cibuti Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyası çərçivəsində Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Nabil Şaat İsrailin son günlər Qəzza bölgəsinə hücumu və itkilər barədə məlumat verərək, BMT Təhlükəsizlik Şurasının iclasının çağırıldığını və dünya ölkələrinin buna reaksiya verməli olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov baş vermiş hadisə ilə əlaqədar narahatçılığını ifadə edib və Fələstinin BMT-nin tam hüquqlu üzvü olması məsələsinin Azərbaycan tərəfindən dəstəkləndiyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.
XS
SM
MD
LG