Accessibility links

Sorğu: Fələstinlilərin əksəriyyəti Trampın sülh səylərinə şübhə ilə yanaşır


Son rəy sorğusuna əsasən, fələstinlilərin böyük əksəriyyəti prezident Donald Trampın yürütdüyü siyasətin İsrail-Fələstin münaqişəsində gərginliyin daha artmasına yol açacağı, ya da durğunluq yaradacağına inanır.

Fələstin Siyasəti və Sorğu Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu respondentlərin yalnız 9 fazinin Trampın İsrail-Fələstin danışıqlarını canlandıra biləcəyinə inandığını göstərir. 1270 nəfər arasında keçirilən sorğuda xəta ehtimalı təxminən 3 faizdir.

İordan çayının Qərb sahilində yəhudo yaşayış məntəqələri

İordan çayının Qərb sahilində yəhudo yaşayış məntəqələri

Rəy sorğusunun nəticələri Fələstin prezidenti Mahmud Abbasın slüh səylərini müzakirə etmək üçün prezident Trampın nümayəndəsi Ceyson Qrinblattı qəbul etdiyi vaxt açıqlanıb. Qrinblatt bazar ertəsi günü İsarilin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

ABŞ-ın açıqladığı rəsmi bəyanata əsasən, Qrinblatt Netanyahuya deyib ki, Tramp yaşayış məntəqələrinin inşası məsələsinin Birləşmiş Ştatların sülhün əldə edilməsi məqsədinə uyğun olaraq həllinin tapılacağına ümid bəsləyir. Xüsusi nümayəndə prezident Trampın Fələstinin iqtisadi artımının inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG