Accessibility links

Israil polisi Qüdsdə onlara bıçaqla hücum etməyə çalışan bir fələstinlini güllə ilə vuraraq öldürüb.

Polis sözçüsünün bildirdiyinə görə, polis zabitləri Qüdsün Qədim Şəhər bölgəsində özünü şübhəli aparan bir nəfərə yaxınlaşıblar. Bundan sonra həmin şəxs bıçaq çıxararaq onları bıçaqlamağa çalışıb və bu an polislər atəş açmaq məcburiyyətində qalıb.

Cümə günü İsrail əsgərləri İordan çayının zəbt olunmuş bölgəsindəki Silvad kəndində öz maşınını əsgərlərin üzərinə sürən bir fələstinlini də güllələmək məcburiyyətində qalmışdı.

Qəzzada isə Fələstinlilərin Səhiyyə Nazirliyi bildirib ki, 22 yaşlı bir şəxs sərhəd hasarı yaxınlığında silahlı qarşıdurma zamanı öldürülüb.

Son 3 ayda İsraillə fələstinlilər arasında zorakılıqlar yenidən kütləvi hal alıb

XS
SM
MD
LG