Accessibility links

Fələstinlilər Fətah qrupunun 48 illiyini qeyd edir


Fələstinlilər prezident Mahmud Abbasın Fətah siyasi qrupunun yaranmasının ildönümünü qeyd etmək üçün 2007-ci ildən bəri ilk dəfə Qəzzanın mərkəzi meydanlarına axışıblar.

Partiyanın 48 yaşını qeyd edən Fətah tərəfdarları şüarlar səsləndirib, sarı və qara bayraqlar dalğalandırıblar. Siyasi qrup 1965-ci ildə mərhum Fələstin lideri Yasir Ərəfat tərəfindən yaradılıb.

Bu, 2007-ci ildə rəqib Həmas qrupu regionda nəzarəti öz üzərinə götürəndən bəri Fətahın Qəzzada keçirdiyi ilk yürüşdür.

Fətah və Həmas fraksiyaları arasında gərginlik azalmağa başlayıb. Həmas bu yaxınlarda İordan çayının qərb sahilində ilk yürüşlərini keçirib.

Noyabrda BMT Baş Assembleyasının Fələstini qeyri-üzv müşahidəçi dövlət kimi tanımasından sonra iki qrup əlaqələrin gücləndirilməsinə söz verib.
XS
SM
MD
LG