Accessibility links

Ənbar vilayətinin Fəlluca şəhərini həftələrdir geri almağa çalışan İraq hökumət qüvvələri İŞİD terror qruplaşmasının ciddi müqaviməti ilə üzləşdiyini açıqlayıb. Bundan başqa Dəməşqdə iki şiə məbədinə qarşı intiharçı hücumu həyata keçirilib.

Fəlluca uğrunda döyüşlərlə bağlı təzadlı məlumatlar daxil olduğu bir vaxt İraq hökumət qüvvələri və onların şiə silahlı müttəfiqləri Fəllucanın İŞİD-dən azad olunması üçün şiddətli döyüşləri davam etdirir.

İraqın müdafiə naizir Xalid Əl-Obeydo dünən müharibə zonasına səfəri zamanı iddia edib ki, hökumət qüvvələri şəhərin qərbindən yeni cəbhədə irəliləməkdədir.

Onun sözlərinə görə, İraq ordusunun 8-ci Briqadası Fuleyhat və Subeyhat qəsəbələrinə daxil olub və hazırda Biu Alvan körpüsü istiqamətində irəliləyir.

Hazırda döyüşlərin 3 cəbhədə davam etməsinə baxmayaraq hökumətin cənubdan Şuhadah qəsəbəsinə daxil olmaq səyləri ciddi müqavimətlə üzləşib. Ancaq hökumət iddia edir ki, elit əks-terror qüvvələri şəhərin mərkəzindən cəmi 3 kilometr uzaqlıdadır.

Əl-Cəzirə TV-nin məlumatına görə, İŞİD yaraqlıları cənubdan Fəllucaya daxil olmağa çalışan hökumət qüvvələrini dəf edə bilib. TV kanal habelə iddia edib ki, İŞİD-in intihar həyata keçirən hücumları Fəllucanın şimalında partlayış törədərək çoxsaylı itkilərə səbəb olub. Amerikanın Səsi bu məlumatların heç birini müstəqil mənbədən təsdiq edə bilməyib.

XS
SM
MD
LG