Accessibility links

"Femen": `Qızlar, irəli!`


Hərəkatın üzvləri “hicabda olmaqdansa çılpaq olmaq yaxşıdır” başlıqlı aksiya keçirib


Ukraynanın yarı-çılpaq şəkildə nümayişlərə çıxması ilə tanınan “Femen” hərəkatı özünün ilk beynəlxalq məşqlərini Parisdəki düşərgədə keçirir. Hərəkat üzvləri düşərgədə şüarlar yazmaq, qaçmaq və tullanmaq kimi istismara etiraz üzrə dərslər alacaqlar.

Artıq gənc feminist qrupu gərgin iş rejimindədir. Yeni ofislərində onlar qarşıdan gələn mübarizələrə hazırlaşırlar.

İnna Şevçenko vətəni Ukraynadan uzaqdadır. Lakin o, Kiyevdə də Parisdə olduğu kimi qadınların ümumi problemləri bölüşdüklərini deyir. “Biz eyni problemlərə qarşı mübarizə aparırıq. Biz kilsə, din, seks industriyası və diktatura kimi patriarxiyanın bütün təzahürlərinə qarşı mübarizə aparırıq.”

Şevçenko buraya Ukraynanın etirazlarını yarı-çılpaq çəkildə nümayiş etdirən feminist qrupunun “Femen” adlı beynəlxalq ofisini açmaq və bu düşərgədə Femen qrupuna fiziki təlimlər keçirilməsi üçün gəldiyini deyir. “Biz qaçırıq, çünki düşmənin üzərinə qaçmaq lazımdır."

Qadın hüquqlarının müdafiəsi ilə yanaşı Femen fəalları Rusiya və Ukrayna liderlərinə və ictimai xidmətlərin yararsızlığına qarşı mübarizə aparırlar.

Onlar Parisdə müsəlman qadınlara seksual təcavüz və İslamın Şəriət qanunlarına qarşı keçirdikləri etiraz aksiyası zamanı köynəklərini çıxardılar.

“Femen” qrupundan fəal Lubna Melian bir neçə ay bundan əvvəl “hicabda olmaqdansa çılpaq olmaq yaxşıdır” başlıqlı aksiyada iştirak edib. “Biz inqilabların baş qaldırdığı ərəb dövlətlərindəki qadınları dəstəkləmək istəyirik. Əsasən də öz çılpaq şəkillərini nümayiş etdirən blogerləri.”

“Femen” qrupunun məskunlaşdığı Parisin şimal məhəlləsində eksotik görüntürlə təəccüb doğurmur. “Getta D`Or” adlanan bu məhəllədə ilk afrikalı mühacirlərdən tutmuş, ərəblər, narkotik maddə alverçiləri və fransalı fəhlələr yaşayır.

Məhəllədə çətinliklə fəaliyyət göstərən teatrın sahibi Hervi Brey “Femen” fəallarına fəaliyyət göstərmək üçün yer verib. O, teatrın bir neçə ay bundan əvvəl yarı-çılpaq nümayiş keçirmiş yeni sakinlərini salamlayır. “Bu qadınlar yarı-çılpaq çıxanda onlar böyük hərarətlə qarşılandı. Afrikalı bir qadın “bravo, siz düzgün hərəkət edirsiniz, belə davam edin!” deyə qışqırırdı.”

“Femen” özünün təlim düşərgələrini Braziliya və Ukraynada da açmağı planlaşdırır. İnna Şevçenko feministlərin yeni eraya daxil olmalı olduqlarını deyir. Getto d-Or-da artıq müharibə başlanıb.
XS
SM
MD
LG