Accessibility links

“Xəzər Lənkəran” klubu ilə yoldaşlıq oyunu keçirmək üçün Azərbaycana gedən Türkiyənin “Fənərbaxça” klubu dünən axşamdan Lənkərandadılar. Fanat.az xəbər verir ki, Türkiyə klubunu gətirən təyyarə dünən axşam 21:20-də Lənkəran Beynəlxalq Hava Limanına enib və nümayəndə heyəti hava limanından birbaşa məskunlaşacaqları otelə yollanıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Fənərbaxça” oyunu bu gün Lənkəran şəhər stadionunda baş tutacaq. Matçın start fiti saat 21.00-da çalınacaq.Qarşılaşmanı sabiq FİFA referisi Vüsal Əliyev idarə edəcək.
XS
SM
MD
LG