Accessibility links

Şükrulla Qəhrəmani Fərd həbs edilib


Güneyli fəal 6 ay həbs cəzasına məhkum edilib

Güneyli vətəndaş hüquqları müdafiəçi və milli fəal Şükrulla Qəhrəmani Fərd iyunun 24-də Xudafərin-Araz şəhərində polis qüvvələri tərəfindən saxlanılıb.

Şükrulla Qəhrəmani Fərdin nəzarətə haqqında çıxarılan altı ay həbs cəzası ilə əlaqədardır. O, Təbrizin mərkəzi həbsxanasına göndərilib.

Şükrulla Qəhrəmani Fərd Xudafərin ibtidai məktəb müəllimidir.

Hraz News veb səhifənin məlumatına görə, Qəhrəmani Fərd 2010-cu ilin iyun ayında Kəleybər şəhərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb və 120 gün Təbriz Mərkəzi zindanında nəzarətdə saxlanıb. O, 220 milyon tümən müqabilində zəmanətə buraxılıb.

Qəhrəmani Fərd Təbriz İnqilab Məhkəməsi tərəfindən İran İslam Respublikasına qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzasına məhkum edib.

Onun bacısı oğlu Elçin Hatəmi Amerikanın Səsinə deyib ki, dayım 2010-cu ildə həbs edildikdən sonra müvəqqəti olaraq 3 ay müddətinə işindən kənarlaşdırılmışdı.”

Qəhrəmani Fərd daha öncə 2002, 2004 və 2007-ci illərində milli fəaliyyətləriinə görə həbs edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG