Accessibility links

Azərbaycanlı fəal Təbriz zindanından xəstəxanaya yerləşdirilib


Ferdin Muradpur
Ferdin Muradpur

Fərdin Muradpur “İran” qəzetində azərbaycanlıların təhqir edilməsinə qarşı kütləvi etirazların 3-cü ildönümündə keçirilən dinc mərasimdə tutulub.

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə üç il əvvəl həbsə salınan azərbaycanlı fəal Fərdin Muradpur xəstəxanaya yerləşdirilib.

Fərdin Muradpur 2006-cı ildə “İran” qəzetində azərbaycanlıların təhqir edilməsinə qarşı kütləvi etirazların 3-cü ildönümü münasibəti ilə 2009-cu ilin iyununda keçirilən dinc mərasimə qatıldığı üçün tutulub. Təbriz məhkəməsi Fərdin Muradpuru ölkənin milli təhlükəsizliyini pozmaqda və qanunsuz toplantılara qatılmaqda günahlandıraraq 6 il müddətinə azadlıqdan məhrum etmişdi.
“Media forum” saytının məlumatına görə, Fərdin Muradpurun görmə qabiliyyəti kəskin zəifləyib. Bu, tutularkən başından və üzündən aldığı çoxlu zərbələrlə əlaqələndirilir.
XS
SM
MD
LG