Accessibility links

Iranda aclıq aksiyası keçirən azərbaycanlı fəal Fərdin Muradpurun vəziyyəti ağırlaşıb. 13 günlük tətildən sonra əl-ayağı qandallı tələbə xəstəxanaya yerləşdirilib. İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) onun işgəncələrə məruz qaldıqdan sonra aclıq aksiyasına başladığını bildirir. Fərdin Muradpurun Facebook səhifəsində işgəncələrin sənədləşdirilməsinin çətinliyindən bəhs edilir. Fərdin Muradpur işgəncələrə görə həbsxana işçiləri məsuliyyətə cəlb edilməyincə aksiyasını davam etdirəcəyini bildirib.
XS
SM
MD
LG