Accessibility links

Fərəməz Allahverdiyev aclıq aksiyasına başlayır


Fərəməz Novruzoğlu
Fərəməz Novruzoğlu

Jurnalist məhkəmələrə etiraz olaraq ağzını tikəcək

Həbsdə olan jurnalist Fərəməz Allahverdiyev martın 5-dən ağzını tikməklə aclıq aksiyasına başlayacaq.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, jurnalist bu aksiya ilə Ali Məhkəmənin 19 fevral 2013-cü tarixli qərarına etiraz edir. Məhkəmə jurnalistin Apellyasiya Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi şikayətə onun iştirakını təmin etmədən qərar verib.

Vəkil bildirib ki, martın 15-də Apellyasiya Məhkəməsində məhkəmə baxışı keçiriləcək və jurnalist prosesdə iştirak etməyəcəyini bəyan edib.

F.Allahverdiyev 2012-ci il aprelin 17-də həbs olunub. Avqustun 22-də Nizami Rayon Məhkəməsinin qərarı ilə 318 (sərhədi qanunsuz keçmə) və 220-ci (kütləvi iğtişaşlara çağırış) maddələri ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrda F.Allahverdiyevin apellyasiya şikayətinə baxılıb və məhkəmə çəkişməsindən imtina edilib.

Fərəməz Allahverdiyev əvvəllər də bir neçə dəfə müxtəlif maddələrlə, o cümlədən hökumətin ünvanına tənqidi materiallar dərc etdirdiyinə görə böhtan ittihamı ilə həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG