Accessibility links

Leninin abidəsinə görə həbsdə yatmış jurnalist yenidən məhbəsdə [Audio]


Fərəməz və Qurban Allahveridyev

Fərəməz və Qurban Allahveridyev

Fərəməz Novruzolğlu sosial şəbəkələrdə yaydığı bəyanat və sərhəddi qanunsuz keçməkdə günahlandırılaraq 4,5 il həbsə məhkum edilib. O, ittihamları sifariş adlandırıb.

Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fərəməz Novruzğlu (Allahverdiyev) avqustun 22-dən etibarən barəsində çıxarılmış hökmə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Bu barədə Amerikanın Səsi radiosuna müsahibəsində jurnalistin qardaşı Qurban Allahverdiyev bildirib.

(Müsahibədə Fərəməz Allahverdiyevin həbsinin səbəbləri, onun ailə vəziyyəti, səhhətinin ağır olması barədə danışılır. Jurnalist aclıq edir və o əvvəllər hətta Leninin abidəsini təhqir etdiyinə görə də həbs edilib.)

Xatırladaq ki, avqustun 22-də Nizami rayon məhkəməsi Allahverdiyevi kütləvi iğtişaşlara çağırışlarda və dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilərək, 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Xüsusən, Novruzoğlu facebook sosial şəbəkəsində elan edilmiş 11 mart 2011-ci il “Böyük Xalq Günü” aksiyası zamanı əhalini kütləvi iğtişaşlara çağırmaqda və Türkiyə sərhədini qanunsuz keçməkdə ittiham olunur. Jurnalist bu ittihamları təkzib edərək, onları qondarma və sifariş adlandırıb.
Məhbusun qardaşı yerli və beynəlxalq təşkilatları Novruzoğlunun hüquqlarını müdafiə etməyə və ona müstəqil vəkil tutmağa çağırıb, belə ki, məhkəmədə onu dövlət vəkili müdafiə edib.
Bundan başqa, Allahverdiyevin qardaşı ailəsinin maddi vəziyyətinin ağır olmasından gileylənib, ailənin nəinki vəkil tutmağa, mənzil kirayələməyə belə vəsaiti yoxdur.
F.Novruzoğlu həbsdən azad edilməsi tələbi ilə aclıq aksiyası keçirir.
O hesab edir ki, onu sosial şəbəkələrdə “İtaliyaya göndərilən Azərbaycan neftinin taleyi” və “Rusiyadan idxal edilən şam ağacları haraya gedir?” məqalələrini yerləşdirdiyinə görə təqib edirlər. Məqalələrdə o, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırır.
Novruzoğlu öz materiallarını “Nota Bene”, “Millətim” və s. qəzetlərdə dərc etdirib.
Jurnalist dəfələrlə şərəf və ləyaqəti təhqir şikayətlərinin obyekti olub, iki dəfə bu səbəbdən həbs cəzasına məruz qalıb. O, həbsdə etirazını ağzını tikmək, dəmir qaşıq udmaq və s. kimi kəskin ifadə etmək metodları ilə məşhurdur. F.Novruzoğlu hətta 1997-ci ildə Leninin abidəsini uçurduğuna görə, “tarixi abidələri məhvetmə” ittihamı ilə də azadlıqdan məhrum edilib. O 1990-cı ildə Sovet rejimi tərəfindən milli ədavəti qızışdırmaqda günahlandırılıb və Moskvanın məşhur “Lefortovo” zindanında həbsdə olub.
XS
SM
MD
LG