Accessibility links

Cümə axşamı Milli Qvardiyanın şəhərdən çıxarılmasından sonra Ferqusonda küçələrə çıxan etirazçıların sayı azalıb. Qaradərili, silahsız gəncin öldürülməsinə qarşı zorakılıqlarla nəticələnən etirazlar 12 gün davam etdi.

Yüz nəfərə yaxın insan avqust ayının 9-da Maykl Braunun ağdərili polis tərəfindən öldürüldüyü yerin yanından keçib. Polisin son məlumatında 5 nəfərin həbs edildiyi deyilsə də, son iki gecə polislə etirazçılar arasında qarşıdurmanın olmadığı bildirilib.

Polis zabiti kapitan Ron Conson deyib ki, rəsmilər az sayda insident qeydə alıb. Molotov kokteyli yaxud gözyaşardıcı qazdan istifadə qeydə alınmayıb.

Kiçik insidentlər olmaqla, şəhərdə vəziyyət nisbətən sakitləşdiyinə görə Missuri qubernatoru Cey Nikson cümə axşamı Milli Qvardiyanın çıxarılmasına göstəriş verib.

Çərşənbə günü ABŞ prokuroru general Erik Holder Ferqusonda icma liderləri və şəhər sakinləri ilə görüşündə prosesin araşdırılmasına ən təcrübəli agentlərin və müstəntiqlərin cəlb edildiyini bildirib.

Holder Maykl Braunun valideyinləri ilə də görüşüb və onlara övladlarının ölümünə dair istintaqın ədalətli aparılacağını vəd edib.

XS
SM
MD
LG